I Liqa təmsilçisi "Xankəndi" Futbol Klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Shimal.News xəbər verir ki, klub müdafiəçi Ramin Abdullayev ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
23 yaşlı futbolçunun son klubu "Şahdağ Qusar" olub.
Qeyd edək ki, Ramin Abdullayev yeni mövsümdə "Xankəndi"nin heyətində çıxış edəcək.