Azərbaycan I Liqa klubu "Zaqatala"da baş məşqçi ayrılığı yaşanıb.
Bölgə təmsilçisinin çalışdırıcısı Rüstəm Məmmədov postundan gedib. O, bu barədə sosial şəbəkədə paylaşım edib.
Təcrübəli məşqçi bildirib ki, klub ona yeni müqavilə təklif etsə də, qəbul etməyib. Məmmədov karyerasında yeni səhifə açmaq niyyətində olduğunu bildirib.
Xatırladaq ki, mütəxəssis 9 ildir Zaqatala klubunda çalışırdı.