Qüdrət İsmayılovun xatirəsinə həsr olunan ikinci "Quba Open 2026" Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Shimal.News xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası (AŞF) məlumat yayıb.
Yarış AŞF və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə sentyabrın 3-10-u aralığında Quba Olimpiya İdman Kompleksində baş tutacaq.
Festivalın mükafat fondu 24 420 manatdır.