Quba rayonunun Səbətlər kəndində II Gilas Yarımarafonu uğurla baş tutub.
Shimal.News xəbər verir ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Zəfər Qaçış Klubunun birgə təşkilatçılığı ilə keçirilib.
İştirakçılar 21 kilometr və 10,5 kilometr məsafələr üzrə qüvvələrini sınayıblar. Marafon həm gərgin idman mübarizəsi, həm də Qubanın füsunkar təbiəti fonunda keçməsi ilə yadda qalıb.
Təşkilatçılar bildiriblər ki, yarışın əsas məqsədi sağlam həyat tərzinin təbliği, qaçış idman növünün inkişafı və bölgədə idman turizminin təşviqinə töhfə verməkdir.