"Qəbələ"də baş məşqçi postuna namizədlərlə danışıqlar davam edir.
Shimal.News xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.
Yerli və əcnəbi mütəxəssislərlə danışıqlar aparılır. Onun sözlərinə görə, məsələ bu həftə ərzində həllini tapacaq.
Kaxaber Tsxadadzenin istefasından sonra komandaya hazırda Amil Ağacanov və Miloş Yevtiç rəhbərlik edir.