"Qəbələ" klubu futbolçusu Prins Ovusu ilə müqavilənin müddətini uzadıb.
Tərəflər arasında 2028-ci ilin iyununa qədər anlaşma imzalanıb.
Qeyd edək ki, 20 yaşlı vinger "Qəbələ"nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm "Qəbələ"nin U-19 komandasında çıxış edib.