Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti peşəkar döyüşünü keçirib.
Shimal.News xəbər verir ki, 30 yaşlı idmançı Gürcüstanın Batumi şəhərində təşkil olunan "Grand Bellagio Championship-2" turnirində iştirak edib.
Reytinq xarakterli qarşılaşmada Nəbiyev Uqanda təmsilçisi Umar Semata ilə üz-üzə gəlib. Yeddiqat dünya və üçqat Avropa çempionu olan kikboksçu rəqibini məğlub edərək növbəti qələbəsini qazanıb.
Bu, Alim Nəbiyevin peşəkar karyerasında 64-cü döyüşdə 56-cı qələbəsi olub.