Konqolu futbolçu Domi Massumo "Qəbələ" futbol klubundan ayrılıb.
Shimal.News xəbər verir ki, 23 yaşlı vinger karyerasını Ermənistanda davam etdirəcək. O, Ermənistan Premyer Liqası təmsilçisi "Alaşkert" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Massumo 2024-cü ildən "Qəbələ"nin formasını geyinirdi. Müqavilə müddəti başa çatan sol cinah oyunçusu klubla yeni sözləşmə imzalamayıb və azad agent kimi komandanı tərk edib.
Qeyd edək ki, Domi Massumo son dövrlərdə Azərbaycandan Ermənistan klubuna transfer olunan ikinci futbolçudur. Bundan əvvəl ötən mövsüm "Şamaxı"da çıxış etmiş braziliyalı müdafiəçi Sezar Enrike də "Alaşkert"lə müqavilə bağlamışdı.