"Karvan" futbol komandası növbəti transferini həyata keçirib.
Shimal.News xəbər verir ki, bu barədə təmsilçinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, komanda Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalayıb.
32 yaşlı mərkəz müdafiəçisi son olaraq “Qəbələ” klubunda forma geyinib.