2025/2026 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Shimal.News məlumat verir ki, komanda Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua ilə 1 illik müqavilə imzalayıb.
28 yaşlı futbolçunun son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Loua bu vaxta qədər ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.
Qeyd edək ki, “Qəbələ” bu transferə qədər Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.