"Neftçi"nin qapıçısı Rza Cəfərov klubunu dəyişir.
Shimal.News məlumat verir ki, "Qəbələ" gənc qapıçını mövsümün sonuna qədər icarəyə götürəcək.
Rza bu mövsüm "Neftçi"nin heyətində bir rəsmi oyuna belə çıxmayıb. Onun "Neftçi"dən getməsinə səbəb davamlı oynamaq arzusunda olmasıdır.