“Şamaxı” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Shimal.News xəbər verir ki, komanda isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb.
Otuz bir yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.
Onu da bildirək ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib.