Siyəzəndə gənclərin fitnes üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin mükafatçısı və fitnes-model Günay Arazova ilə görüşü keçiriləcək.
Shimal.News xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi məlumat verib.
Məlumata görə, görüş sentyabrın 23-də saat 11:00-da Siyəzən Gənclər Evində baş tutacaq.
Görüşdə iştirak etmək istəyənlər Siyəzən Gənclər Evinə müraciət edə bilərlər.