top
Füzuli Məmmədov: Ən böyük üstünlüyümüz Qusarda oynamaq olardı - MÜSAHİBƏ
Foto
11 sentyabr 2026, 14:11
- ↺ +

Füzuli Məmmədov: Ən böyük üstünlüyümüz Qusarda oynamaq olardı - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Şahdağ Qusar"ın baş məşqçisi Füzuli Məmmədov, sabiq komandası "Karvan-Yevlax"ı 2:0 hesabı ilə məğlub etdikləri I Liqanın II tur matçından sonra müsahibə verib.

– Bu oyun sizin üçün nə dərəcədə prinsipial əhəmiyyət kəsb edirdi?

– Heç bir prinsipiallığı yox idi. "Karvan-Yevlax" mənə doğmadır, o komandanın baş məşqçisi olmuşam, klub və rəhbərliyinə xüsusi hörmətim var. Sadəcə, çempionatın hər bir oyununa 3 xal üçün çıxırıq. Bilirdik ki, "Karvan-Yevlax" güclü komandadır, heyətindəki futbolçular çox keyfiyyətlidir və oyun bizim üçün çətin olacaq. Oyuna maksimum dərəcədə ciddi hazırlaşmışdıq ki, qələbə qazanaq. Futbolçularımızla yanaşı, azarkeşlərimizə də təşəkkür edirəm. Tərəfdarlarımız bizi durmadan dəstəklədilər və bizə xüsusi motivasiya verdilər.

– Bir çox yeni transferlər etmisiniz. Onlardan nə dərəcədə razısınız?

– Təbii ki, təkcə "Karvan-Yevlax"a qol vuran İdir Butrif və Joze Zenqo yox, digər transferlərimiz da yaxşıdır. Çox yaxşı transferlər etmişik. Yeni oyunçular komandaya maksimum uyğunlaşmağa və tapşırıqlarımı həm məşqdə, həm də oyunda yerinə yetirməyə çalışırlar. Belə olduqda, futbolçularımız tez uyğunlaşırlar. Ən sonuncu transferimiz İdir də ilk oyununda həm qol vurdu, həm də irəlidəki əzmkarlığı ilə komandaya böyük dəstək oldu. Nəinki o, eyni zamanda omandanın bütün oyunçuları meydanda maksimum güclərini ortaya qoydular.

– Yenə Qusarda oynamayacaqsınız, amma rəqiblərinizi artıq Şamaxıda deyil, Bakıda qəbul edəcəksiniz. Paytaxtda oynamaq başqa bir rayonla müqayisədə sizə nə dərəcədə əlverişlidir?

– Təbii ki, ən böyük üstünlüyümüz Qusarda oynamaq olardı. Çünki hazırda bizi Binədəki oyunlarımızda cəmi bir tribunalıq azarkeş dəstəkləyirdisə, doğma arenamızda bütün tribunalar fanatlarımızla dolardı. Qusarlı tərəfdarlar xeyli əzmkar, istəkli və komandalarına çox bağlıdırlar. Ona görə də yaxşı olardı ki, Qusarda oynayaq. Təəssüf ki, müəyyən səbəblərdən bu, alınmır. Amma fikrimcə, gələn mövsümdən yeni stadionumuzda çıxış edə biləcəyik.

– Premyer Liqadakı mübarizə sizi də maraqlandırmalıdır. Çünki həm bir neçə klubunda oynamısınız və baş məşqçi kimi çalışmısınız, həm də I Liqada ikinci yeri tutsanız, elitanı 11-ci yerdə bitirən komanda ilə pley-off matçında qarşılaşacaqsınız. Bu mövsüm Premyer Liqakı mübarizə sizə necə təsir bağışlayır?

– Mübarizə yeni başlayıb, hələ çox da fikir bildirmək olmur. Üstəlik, qış fasiləsində də yeni transferlər olacaq, komandalar daha da güclənəcəklər. Mövsümün sonlarına doğru dediyiniz vəziyyət yaranarsa, biz də diqqətimizi elitaya yönəldərik. Hazırda isə bütün fikrimiz öz oyunlarımızdadır.

– Bəs proqnozunuz nədir?

– Hazırda hər hansı proqnoz vermək çətindir. Bu gün hansısa komanda aşağı pillədədirsə, zamanla güclənərək yuxari mövqelərə qalxa bilər.

– "Karvan-Yevlax"dan ayrıldığınıza görə hər hansı incikliyiniz yoxdur?

– Xeyr, heç bir incikliyimiz olmadı. Çünki klubun rəhbəri Şahmar Vəliyevə xüsusi hörmətim var. Onunla görüşüb-danışdıq və qərara aldıq ki, yollarımızı ayıraq. Bu gün ayrılsaq da, "Karvan-Yevlax" və Şahmar müəllimə böyük sayqı ilə yanaşıram.

 

Mənbə: Sportify.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
09 oktyabr 2026, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
09 oktyabr 2026, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
09 oktyabr 2026, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Oxşar xəbərlər