top
Balakəndə 200 məktəbli velosiped yarışına qatılıb
Foto
11 mart 2026, 11:40
- +

Balakəndə 200 məktəbli velosiped yarışına qatılıb

Balakən rayonunda məktəblilər arasında velosiped yarışı təşkil olunub.

AZƏRTAC-ın məlumatına görə, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, Balakən Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilib.

Yarışda Balakən, Zaqatala və Qax rayonlarından ümumilikdə 200 məktəbli iştirak edib. Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək gənclər arasında sağlam həyat tərzinin təbliği baxımından velosiped idman növünün əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə həmçinin Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, AHİİTA-nın direktor müavini Fikrət Hacıyev və "Toba" şirkətinin əməkdaşı Həsən Seyfullayev çıxış edərək bu cür yarışların yeniyetmələr arasında idmana marağın artırılmasında mühüm rol oynadığını bildiriblər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda iştirakçılar 3,5 kilometrlik məsafədə müxtəlif yaş kateqoriyaları üzrə qalib adı uğrunda mübarizə aparıblar.

Yarışın yekununda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar. Eyni zamanda, hər yaş kateqoriyası üzrə birinci yeri tutan idmançılara velosiped hədiyyə edilib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər