AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan "Quba" futbol komandasına xəbərdarlıq edib.
Bu barədə Shimal.News-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.
III turun "Quba" – "Şəmkir" oyununun 46-cı dəqiqəsində meydan sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunub.
Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Quba"ya xəbərdarlıq edilib.