Şəkidə 4-cü İdman Festivalı keçirilib.
Shimal.News xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən festivalda 24 federasiyanı təmsil edən 104 idmançı iştirak edib.
İştirakçılar üçün hərbi-vətənpərvərlik, ilk yardım və xilasetmə üzrə təlimlər, müxtəlif əyləncəli və intellektual oyunlar təşkil olunub.
Bundan sonra, noyabrın 21-22-də Qəbələ şəhərinin Heydər Əliyev parkında idman növləri üzrə nümunəvi çıxışlar və gənc istedadların iştirakı ilə konsert proqramı təşkil olunacaq. Festival noyabrın 22-də yekunlaşacaq.