top
1-ci Liqada maraqlı duel: Şahdağ Qusar – Karvan-Yevlax oyunu
Foto
09 sentyabr 2026, 12:56
- ↺ +

1-ci Liqada maraqlı duel: "Şahdağ Qusar" – "Karvan-Yevlax" oyunu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan 1-ci Liqasında 2026/2027 mövsümünün II turuna start verilir. Turun açılış matçı həm komandaların uğurlu başlanğıcı, həm də baş məşqçilər arasındakı tanışlıq baxımından diqqət çəkir.

Shimal.News xəbər verir ki, ilk qarşılaşmada "Şahdağ Qusar" "Karvan-Yevlax"ı qəbul edəcək.

Oyunun əsas intriqalarından biri iki komandanın baş məşqçilərinin yaxın keçmişi ilə bağlıdır. "Şahdağ Qusar"ın çalışdırıcısı Füzuli Məmmədov və "Karvan-Yevlax"ın baş məşqçisi Ramiz Məmmədov vaxtilə "Mingəçevir"də biri digərini əvəzləyib.

Füzuli Məmmədov 2025-ci ilin əvvəlindən "Mingəçevir"ə rəhbərlik edib. Mövsümün sonunda onunla yollar ayrılıb və 2025/2026 mövsümünün startından komandanın başına Ramiz Məmmədov keçib. İndi isə iki mütəxəssis bu dəfə rəqib komandalara rəhbərlik edərək üz-üzə gələcəklər.

Hər iki kollektiv yeni mövsümə qələbə ilə başlayıb. "Şahdağ Qusar" ilk turda MOİK-i səfərdə 1:0 hesabı ilə məğlub edib. "Karvan-Yevlax" isə "Baku Sportinq" üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.

Beləliklə, Qusar təmsilçisi doğma bölgədən kənarda keçirəcəyi oyunda ardıcıl ikinci qələbəsini, Yevlax komandası isə liderlik iddiasını gücləndirəcək növbəti 3 xalı hədəfləyəcək.

II tur — 9 sentyabr

16:30 — "Şahdağ Qusar" – "Karvan-Yevlax"
Binə qəsəbə stadionu

Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Murad Səlimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov

Turun digər oyunları isə 10 və 11 sentyabr tarixlərində keçiriləcək:

10 sentyabr: "Zaqatala" – "Baku Sportinq", "Səbail" – "Mingəçevir", "Gəncəbasar" – "Xankəndi"

11 sentyabr: MOİK – "Şimal"

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər