top
Xanımların kəlağayı haqqında bilib-bilmədikləri var
06 mart 2023, 18:00
- ↺ +

Xanımların kəlağayı haqqında bilib-bilmədikləri var

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlağayı Azərbaycan qadınının həyatında təkcə baş örtüyü deyil. O, həm də ismət, sevgi rəmzidir. Azərbaycanda bu örtüyün ilk istehsal ünvanı İsmayıllı sayılır. Bu barədə ShimalNews 2 mart tarixində Kaspi.az-a istinadən məlumat verir.

Kəlağayının hazırlanması orta əsrlərdə Basqal kəndində başlayıb. Daha sonra Şəki, Şuşa və Gəncə şəhərlərinə də bu sənət yayılıb.

Sevgi etirafı 

Qədim zamanlardan əgər bir qız bir oğlana kəlağayısını versə, ona könlünü vermiş sayılırdı. Ona görə də bu, qıza sevgisini etiraf edən oğlan üçün ondan razılığını almaq hesab olunurdu.

Elçi gedilən qızın hərisini alanda oğlanın anası, ya bacısı başına qırmızı kəlağayı salardı. Bu adətimiz indi də yaşadılır. Fərq ondadır ki, hal-hazırda müxtəlif rənglərindən istifadə olunur. Bundan savayı, toyda gəlinin başına ağ kəlağayı, gəlin gətirilən arabaya, ata zoğalı, soğanı və ya narıncı kəlağayı bağlanardı.

Hər yaşın öz rəngi var

Ata-baba sənətini davam etdirən kəlağayıçı Zülfüqar Basqal deyir ki, kəlağayı rəngləri əvvəl az idi. O, istifadə olunan rənglərdən danışıb:

“Çəhrayı rəngli kəlağayını gənc, nişanlı qızlar, ağ kəlağayını ailə quran, təxminən 25-50 yaş arası orta yaşlı xanımlar, qara kəlağayını bir qədər daha yaşlı xanımlar örtərlər. Qara kəlağayını həm də simvolik olaraq, yas mərasimlərinə həm yaşlı, həm də gənc xanımlar taxarlar. Amma ümumiyyətlə, şux, xoş rəngli kəlağayılar daha çox gənc, subay, təzə ailə qurmuş xanımlar üçün nəzərdə tutulur. Qəhvəyi, noxudu rəngli kəlağayılar da orta yaşlı xanımların sevdiyi tərzdir. Daha çox məşhur olan “Ağzəmin” adlı kəlağayılardır. Onu hamı tanıyır: zəmini, yəni yerliyi ağ, qıraqlarında göy naxışlar olan kəlağayılar. Kəlağayının boyanmasında təbii rənglərdən istifadə edilir ki, onlar da nar qabığı, zirinc, zəfəran, narınc, qarağat və başqa bitkilərdən alınır. Həmin rənglərin alınması da ayrıca bir işdir”.

Müalicəvi xüsusiyyətlər

Qədimdən 3 növ parça - ipək, pambıq, bir də yun müalicəvi sayılır. İpəkdən hazırlanmış kəlağayılar boyun, baş ağrılarını aradan qaldırır. Tibbi dildə desək, miqren və osteoxondroz kimi xəstəliklərdə müalicəvi effektə malikdir.

Üzüyün içindən rahat keçməlidir

Zülfüqar bəy deyir ki, kəlağayı həm də mənəvi dəyədir: “Kəlağayı barama qurdunun yaratdığı saplardan hazırlanır. O da çox əziyyətli və mistik bir işdir. Orda mütləq bir halallıq olmalıdır. Olmasa, ipək əmələ gəlməz. İpək də olmasa, kəlağayı olmaz. Hər bir ipəkçi, kəlağayıçı işinə həssaslıqla yanaşır: ona ürəyini, ruhunu, sevgisini qoymasa, heç nə alınmaz. İnanın ki, bu, belədir”.

Satışda rənginə, ölçüsünə, naxışlarına görə kəlağayı çoxdur. Bineyi-qədimlərdən belə bir misal var ki, kəlağayının təmizliyini yoxlamaq üçün onu üzükdən keçirmək lazımdır.

Yuyulmanın sirri 

Bəzən onu şampunla, ətirli sabunla yuyurlar və bu zaman rəngləri qarışır, gözəlliyi itir. Basqalda kəlağayı işi ilə məşğul olan Abbasəli kişi deyir ki, kəlağayının yuyulması asan olsa da, bu sirri çoxu bilmir:

“Əvvəl ilıq suda 72%-li paltar sabununu açmaq – əritmək, üzünə yığılan köpüyü yığmaq gərəkdir. Sonra isə kəlağayını ehmalla həmin məhlula salıb xəfifcə yumaq, axar suda yaxalayıb, yaxşıca çırpışdırıb, sərmək lazımdır. Bu üsulla yuyulan kəlağayı nə korlanar, nə də rəngi bulanar”.

Müasir dövr

Son zamanlar kəlağayı, xüsusilə dəbə düşüb. Müxtəlif yerlərdə xanımların həm başlarına, həm boyunlarına kəlağayı bağladıqlarını görürük. Modern geyimlərin üstündə qədim ornament sanki insanı öz kökünə bağlayır. Kəlağayı keçmişdən bu günümüzə ipək körpüdür.

[caption id="attachment_37730" align="alignnone" width="640"]Xanımların kəlağayı haqqında bilib-bilmədikləri var Foto Basqal Kelagayısı[/caption]

[caption id="attachment_37731" align="alignnone" width="640"]Xanımların kəlağayı haqqında bilib-bilmədikləri var Foto Basqal Kelagayısı[/caption]

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
Bu gün, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
Bu gün, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
Bu gün, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
Bu gün, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
Bu gün, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
Bu gün, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Bu gün, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Cəmiyyət
Bu gün, 13:45

Qaz xəttinin üzərində obyekt tikmək istəyirlər? - lövhəni kəsib apardılar

Hadisə
Bu gün, 12:53

Qaxda 7 nəfər göbələkdən zəhərlənib

Hadisə
Bu gün, 12:05

Oğuzda meşədə yanmış meyiti tapılan şəxs direktor müavini imiş - YENİLƏNİB

Hadisə
Bu gün, 11:58

Şəki gimnaziyasında 50 min manatdan çox mənimsəmə iddiası

Cəmiyyət
Bu gün, 11:16

Qusarın 3 kəndi qazlaşdırılır

Hadisə
Bu gün, 10:30

Şəkidəki qəzada ölən 24 yaşlı gənc bu yaxınlarda ata olubmuş - FOTO

Cəmiyyət
Bu gün, 09:30

FHN-də yeni təyinat: Rövşən Nəbiyev Qəbələyə göndərildi

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Dünən, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Dünən, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Dünən, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Dünən, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Dünən, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Dünən, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Oxşar xəbərlər