top
Xalqın qeyrəti, ordusu və çörəyi - Quba-Qusar batalyonu
15 noyabr 2025, 11:50
- ↺ +

Xalqın qeyrəti, ordusu və çörəyi - Quba-Qusar batalyonu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1990-cı illərin qanlı və tarixə yazılan günlərində Azərbaycanın şimal bölgəsi – Quba, Qusar və sonra Zaqatala - Qarabağ cəbhəsinə yalnız əsgər yox, həm də ruh, qeyrət və birlik göndərdi.

Shimal.News xatırladır ki, 23-cü Quba-Qusar batalyonu 1993-cü ilin noyabrında rəsmi olaraq yaradılsa da, onun əsası daha əvvələ - 1992-ci ildə formalaşdırılan könüllülər rotasına gedib çıxır. Bu birlik Quba rayon prokuroru Əli Eyvazovun təşəbbüsü ilə təşkil olunub. O dövrün xaosunda, dövlətin silahlanmaqda çətinlik çəkdiyi bir vaxtda insanlar özü döyüşə yazılırdı. Nə maaş, nə təminat gözləyən var idi.

Batalyon əvvəlcə Quba və Qusardan olan 490 könüllüdən ibarət idi. Sonradan Zaqataladan qoşulan 100 nəfərlə birlikdə bu rəqəm 590-a çatdı. Onların hamısı müxtəlif peşə və yaş qruplarından idi: müəllim, sürücü, tələbə, kəndli…

1993-cü ilin noyabrında batalyon ilk dəfə Xocavənd istiqamətində döyüş bölgəsinə yollandı və 704-cü briqadanın tərkibinə verildi. 27 dekabrda baş tutan ilk döyüşdə batalyon 7 şəhid verdi, 22 döyüşçü yaralandı. Bu tarix sonradan batalyonun rəsmi yaranma günü kimi qəbul edildi.

1994-cü ilin martında Quba-Qusar batalyonu Fizuli istiqamətinə köçürüldü. Birinci Qarabağ müharibəsi bitənə qədər döyüşdülər, itirdilər, dözdülər.

Ümumilikdə batalyon: 48 şəhid, 7 itkin,114 yaralı verdi.

Batalyonun ən mühüm özəlliklərindən biri isə bu idi: onları xalq saxlayırdı. Quba və Qusar camaatı öz hesabına ərzaq, yanacaq və paltar göndərirdi. Əsgərlərin çörəyi, üst geyimi, hətta siqaretinə qədər — hamısı könüllü yardım idi.

1994-cü ilin iyununda batalyon ləğv olundu. Lakin Heydər Əliyevin göstərişi ilə hər il 27 dekabr bu batalyonun yaranma günü kimi qeyd edilir.

2010-cu ildə komandir Əli Eyvazov batalyonun keçdiyi döyüş yolunu “Bir batalyonun tarixi” adlı kitabda toplayıb. O kitab təkcə tarix deyil — yaddaşdır.

Bu batalyon dövlətçiliyin çətin günlərində xalqın öz ordusunu necə yaratdığının canlı nümunəsidir.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər