top
Xaçmaz: sizin uşaqlarınıza faydalı ola biləcək kursların siyahısı
30 sentyabr 2022, 15:00
- ↺ +

Xaçmaz: sizin uşaqlarınıza faydalı ola biləcək kursların siyahısı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirmələrinə kömək edən bir sıra tədris mərkəzləri var. ShimalNews şəhərimizdə metodikası və nəticələri ilə seçilən hazırlıq kurslarını təqdim edir:

“Panda School”

Nəriman Nərimanov küçəsində yerləşən “Panda School” adlı yeni mərkəzdə (“Xəzər” marketinin arxası) həm bağça, həm də bütün yaş kateqoriyaları üçün müxtəlif dərslər keçirilir:


  • Minibağça həftədə 5 dəfə, 4 saat - 100 manat;

  • MQH həftədə 3 dəfə, 2 saat - 50 manat;

  • Erkən inkişaf həftədə 3 dəfə, 1 saat - 40 manat;

  • Rəsm həftədə 2 dəfə, 1.5 saat - 20 manat;

  • MDH həftədə 3 dəfə, 2 saat - 50 manat, həftədə 5 dəfə, 2 saat - 70 manat;

  • Azərbaycan dili, ingilis dili, riyaziyyat ayrı-ayrılıqda həftədə 3 dəfə, 1 saat - 40 manat;

  • paket şəklində isə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat - 100 manat.


Bundan əlavə, mərkəzdə loqoped və psixoloq fəaliyyət göstərirlər. Hər mütəxəssisin 1 seansı üçün ödəniş 12 manat təşkil edir.

Mərkəzin əlaqə nömrəsi: (077) 501 05 56.

“Uğur” kursları

Xaçmazda daha bir tanınan mərkəz – “Uğur” kurslarıdır. Burada ibtidai siniflər üçün 3 fənn (ana dili, riyaziyyat və xarici dili) hazırlığı 70 manatdır. 5-ci və daha yuxarı siniflər üçün 3 fənn üzrə hazırlıq 120 manat təşkil edir.

Məktəb hazırlığından əlavə, mərkəzdə, həmçinin abituriyentlər qəbul imtahanına hazırlaşdırılır.

Kurs Heydər Əliyev prospekti, 5 ünvanında (Şahmat məktəbinin qarşısında) yerləşir. Ətraflı məlumat üçün (070) 993-27-27.

“Uğur” kurslarının, həmçinin Xudat şəhərində filialı mövcuddur. Tədris mərkəzi Xudu Məmmədov küçəsində yerləşir. Mərkəzin əlaqə nömrəsi: (099) 997-27-27.

“Xaçmaz hazırlıq mərkəzi”

Mərkəz ibtidai, təkmilləşdirmə və abituriyent hazırlıqları üzrə fəaliyyət göstərir. Kurslara məktəblilər 3-cü sinifdən qəbul edilir. Burada ibtidai sinif şagirdləri ilə 4 fənnin hazırlığı (ana dili, riyaziyyat, ingilis dili, məntiq) keçirilir və aylıq ödəniş 100 manat təşkil edir. 5-ci və daha yuxarı siniflər üçün isə ödəniş 145 manat təşkil edir.

Hazırlıq mərkəzi Şəxsiyyətlər parkının (Tarix-Diyarşünaslıq Muzeyinin yaxınlığında) yanında yerləşir. Ətraflı məlumat üçün: (070) 218-27-27.

“Science tədris mərkəzi”

Xudat şəhərində yerləşən “Science tədris mərkəzi”ndə ibtidai sinif, abituriyent, xarici dil və mental hazırlığı tədris edilir. Belə ki, ibtidai siniflər üçün məşğələlər həftədə 4 dəfə olmaqla (ana dili və riyaziyyat) 40 manat, böyük siniflər üçün isə həftədə 2 dəfə 1.5 saat olmaqla 5 fənn – 149 manat, 3 fənn – 99 manat, 1 fənn isə 39 manat təşkil edir. Mərkəzdə abituriyent hazırlığı da mövcuddur. Ödəniş qrupdan asılı olaraq dəyişir.

Ünvan: Xudat şəhəri (Bank olan binanın 3-cü mərtəbəsi). Maraqlanan şəxslər (055) 255-39-95 nömrəsinə müraciət edə bilərlər.

Son xəbərlər

İdman
Bu gün, 17:21

"Şamaxı" məğlub oldu

Kriminal
Bu gün, 17:10

Valideyninin məzarını ziyarət üçün avtomobil qaçıran balakənli həbs edilib

Cəmiyyət
Bu gün, 16:36

Sabahın hava proqnozu

Cəmiyyət
Bu gün, 15:45

Şəki COP31-də təqdim olundu

İqtisadiyyat
Bu gün, 15:34

Xaçmazda 3 hektarlıq intensiv meyvə bağı salınıb

Hadisə
Bu gün, 14:22

Şəkidə 40 yaşlı kişinin meyiti tapılıb

Hadisə
Bu gün, 14:08

Şəkidə 4 yaşlı uşağı küçə iti dişləyib

Cəmiyyət
Bu gün, 13:48

Qusarda iki kənddə qaz və elektrik infrastrukturu yenilənir

Cəmiyyət
Bu gün, 13:37

Xaçmazda kənd məktəbi qəzalı vəziyyətdədir – şagirdlər soyuq siniflərdə dərs keçirlər - VIDEO

İqtisadiyyat
Bu gün, 12:22

Gələn il orta əmək pensiyasının 640 manat olacağı gözlənilir

Hadisə
Bu gün, 11:33

Xaçmazda 15 yaşlı məktəbli qız vəfat edib

İqtisadiyyat
Bu gün, 10:58

Qeydiyyatda olmayan fermerin məhsulundan bu vergi tutula bilər

Cəmiyyət
Bu gün, 09:54

Qəçrəşə gedən yol dağılıb - sürücülər narazıdır

İdman
Bu gün, 09:29

"Qəbələ" bu gün səfərdə, "Şamaxı" öz meydanında oynayacaq

İdman
Bu gün, 00:05

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

İqtisadiyyat
Dünən, 17:30

Doqquz ayda 75 üçəm, 2126 əkiz doğulub

Cəmiyyət
Dünən, 17:08

Quba RMX-də direktor müavini vəzifəsindən azad edilib

Cəmiyyət
Dünən, 15:44

Quba Soyqırımı Muzeyi dövlət mühafizəsinə götürülüb

Kriminal
Dünən, 14:54

Xaçmazda brakonyerlərdən 29 nərə balığı aşkarlandı

Hadisə
Dünən, 14:36

Şəkidə iki avtomobil toqquşub - VİDEO

Bütün xəbərlər
Dünən, 14:20

Zaqatalada bir neçə abonentə görə qəsəbəyə istilik verilmir

Bütün xəbərlər
Dünən, 13:12

Şimalın komandaları bu gün meydanlara çıxacaq

Cəmiyyət
Dünən, 12:15

Qubada beynəlxalq elmi konfrans

Hadisə
Dünən, 11:47

Xaçmaz dairəsində zəncirvari qəza

Oxşar xəbərlər