top
5 il yox, 2 il: Dövlət qulluğu sertifikatının müddəti dəyişir
Bu gün, 13:10
- ↺ +

5 il yox, 2 il: "Dövlət qulluğu sertifikatı"nın müddəti dəyişir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.

Bu, Prezident İlham Əliyevin təbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.

Məcəlləyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən "Dövlət qulluğu sertifikatı" verir. "Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.
"Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə təşkil edir. Müsabiqə nəticələri hesablanarkən şəxslərin müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ verən "Dövlət qulluğu sertifikatı"nı əldə etdikləri test imtahanının nəticəsinin test imtahanı üzrə əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi ilə müsabiqənin müsahibə mərhələsində əldə etdikləri nəticənin müsabiqənin müsahibə mərhələsində əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi toplanaraq ikiyə bölünür. "Dövlət qulluğu sertifikatı tələb edilmədən müsabiqənin müsahibə mərhələsində iştirak edən şəxslərin uyğun hesab olunduqları vəzifə üzrə sertifikatın əldə edilməsi üçün tələb olunan minimal keçid balının faiz göstəricisi ilə test imtahanında toplanması mümkün olan ən yüksək balın faiz göstəricisinin cəmlənib ikiyə bölünməsi yolu ilə test imtahanı nəticəsi müəyyən edilir və daha sonra həmin şəxslərin müsabiqə nəticələri yuxarıda qeyd olunan qaydaya uyğun olaraq hesablanır. Test imtahanının və ya müsahibənin nəticələri etibarsız hesab edildikdə, habelə şəxs test imtahanında və ya müsahibədə iştirak etmədikdə ödənilmiş məbləğlər geri qaytarılmayacaq.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən "Dövlət qulluğu sertifikatı" verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:11

Dövlət qulluğuna qəbulda müsahibə iki mərhələli olacaq

Cəmiyyət
Bu gün, 13:10

Bu şəxslər dövlət qulluğunda işləyə bilməyəcəklər

Cəmiyyət
Bu gün, 13:08

Dövlət qulluqçularının əlavə iş fəaliyyəti ilə bağlı qaydalar dəyişir

Cəmiyyət
Bu gün, 13:08

Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib

Cəmiyyət
Bu gün, 12:18

Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Hadisə
Bu gün, 11:22

Xaçmazda Vətən müharibəsi iştirakçısı qəzada həlak olub – 4 yaralı var

Cəmiyyət
Bu gün, 10:55

Bəzi şimal rayonlarına qar yağır

Hadisə
Bu gün, 10:05

Xaçmazda ev yandı, 90 yaşlı qadın öldü

Cəmiyyət
Bu gün, 09:44

Balakəndə qaz təminatı dayandırılıb

Hadisə
Bu gün, 09:30

Qəbələdən olan tələbə Bakıda vəfat edib - VİDEO

Cəmiyyət
Bu gün, 09:05

Məktəblərdə payız tətili başlayıb

Hadisə
14 noyabr 2026, 18:00

Zaqatalada şəhid atası vəfat edib

İdman
14 noyabr 2026, 17:00

"Şahdağ Qusar" "Şəfa"ya qalib gəldi

Cəmiyyət
14 noyabr 2026, 16:00

Nə qaz var, nə də odun almağa pul: Kəndlərin qış qayğısı

Hadisə
14 noyabr 2026, 15:13

Zaqatalada iki avtomobil toqquşdu: 33 yaşlı sürücü yaralandı

Hadisə
14 noyabr 2026, 14:25

Qubada qəribə hadisə: Arvadı rayona gedən kişi TikTok-da tanış olduğu qadını evinə gətirdi

Cəmiyyət
14 noyabr 2026, 13:35

Nuh tufanından sonra salınan kənd? Xınalıqla bağlı maraqlı ehtimal

Hadisə
14 noyabr 2026, 12:47

58 min manatlıq mənimsəmə: Şəkidə sabiq bağça müdirinə hökm oxundu

Cəmiyyət
14 noyabr 2026, 11:52

Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

Cəmiyyət
14 noyabr 2026, 11:10

Vəlvələnin yolları aşsüzənə dönüb: sakinlər çalalar arasında yol axtarır

Cəmiyyət
14 noyabr 2026, 10:25

Qubada və Xaçmazda ağaclar qeydiyyata alındı

Cəmiyyət
14 noyabr 2026, 09:41

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
13 noyabr 2026, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Oxşar xəbərlər