top
Vətən müharibəsinin 43-cü günü – XRONİKA
08 noyabr 2025, 00:10
- +

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 8-i növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Vətən müharibəsinin 43-cü günü Prezident İlham Əliyev “X” (əvvəllər “Twitter”) platformasındakı paylaşımında Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

44 günlük Vətən müharibəsinin 43-cü günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edərək onu Şuşa şəhərinin işğalçılardan azad olunması münasibətilə təbrik edib.

Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, dörd ədəd T-72 tankı, iki ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili sıradan çıxarılıb.

Cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib. Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçıb. Bu istiqamətdə Ermənistan silahlı qüvvələri ciddi itkilər verib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər