top
Vətən müharibəsinin 22-ci günü – XRONİKA
18 oktyabr 2024, 00:01
- +

Vətən müharibəsinin 22-ci günü – XRONİKA

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 18-i növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Vətən müharibəsinin 22-ci günü Prezident İlham Əliyev “X” (əvvəllər “Twitter”) platformasındakı paylaşımında işğaldan azad edilən torpaqları – Cəbrayıl rayonunun yaşayış məntəqələrini elan edib: Xudafərin qəsəbəsi, Hacılı və Hacı İsaqlı kəndləri.

44 günlük Vətən müharibəsinin 22-ci günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib:

Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli şəhərinin və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

İşğaldan azad olunan Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS qurğusu, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, beşdən çox tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib. Füzuli ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdləri Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə yerləşdirdiyi xüsusi təyinatlıların Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmasını əks etdirən videogörüntüləri paylaşıb.

Fövqəladə Hallar Nazirliyi Gəncədə düşmənin raket zərbələri nəticəsində dağılan binada axtarış-xilasetmə işlərinin yekunları barədə məlumat yayıb. Məlumata görə, dağıntılar altından xəsarət almış 53 nəfər və 13 cəsəd çıxarılıb.

Azərbaycanın Müdafiə Nazirliyi Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnika və silah-sursatın foto və videogörüntülərini paylaşıb.

Saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.

Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna atılan raket Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:49

Şəkili məzunun beynəlxalq uğuru

Cəmiyyət
Dünən, 17:00

İcra başçısı Məhsim Məhsimovu təltif etdi

Cəmiyyət
Dünən, 16:09

Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşdü

Hadisə
Dünən, 15:29

Qaxda iki avtomobil toqquşdu, 2 nəfər xəsarət aldı

İdman
Dünən, 15:12

Qubada bir ilk-Yeniyetmələr arasında beynəlxalq qolf turniri

İdman
Dünən, 14:05

Qusarda Respublika Şahmat Olimpiadasına start verildi

Hadisə
Dünən, 13:35

Milli Məclisin qubalı sabiq əməkdaşı vəfat etdi

Cəmiyyət
Dünən, 12:50

Şabranda selin izləri silinmir

Hadisə
Dünən, 11:49

İsmayıllıda tonlarla çətənə kolu məhv edildi

Kriminal
Dünən, 10:50

Qızını öldürən qubalı məhkum həbsxanada öldü

Cəmiyyət
Dünən, 09:54

Qaxda Aqrar Biznes Festivalı keçirilib

Cəmiyyət
Dünən, 09:22

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

Cəmiyyət
03 avqust 2026, 17:40

Quba sanatoriyasında oğurluq iddiaları: Qonaqlar niyə istirahəti yarımçıq qoyur?

Kriminal
03 avqust 2026, 17:06

Ər arvadını bıçaqladı, sonra özünü öldürdü

Hadisə
03 avqust 2026, 16:01

Qubalı gənclərin dəniz faciəsi: 4 dostdan biri həyatını itirdi

Cəmiyyət
03 avqust 2026, 15:31

Balakəndə 4 min arı ailəsi təhlükədə

Cəmiyyət
03 avqust 2026, 14:02

Qubanın iki kəndində qaz olmayacaq

Hadisə
03 avqust 2026, 13:30

Qubada avtomobil aşdı: Yaralananlar var

Hadisə
03 avqust 2026, 12:48

20-ci mərtəbədən yıxılan Şabran sakini öldü

Hadisə
03 avqust 2026, 11:54

Balakənin sabiq gömrük rəisinə cinayət işi açıldı

İqtisadiyyat
03 avqust 2026, 11:02

Balakəndə ekoloji təmiz enerji istehsalı davam edir

Hadisə
03 avqust 2026, 10:15

Siyəzəndə avtoxuliqanlar saxlanıldı

Cəmiyyət
03 avqust 2026, 09:15

Qəbələdə Moldova kollektivləri festivala rəng qatdılar

Hadisə
03 avqust 2026, 08:50

Şəkidə 58 yaşlı kişi yanaraq ölüb

Oxşar xəbərlər