top
Sentyabr döyüşlərindən 3 il ötür
12 sentyabr 2025, 10:50
- ↺ +

Sentyabr döyüşlərindən 3 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2022-ci il 12-14 sentyabr tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən növbəti genişmiqyaslı təxribat törәdilib. 44 günlük müharibədəki acı məğlubiyyəti həzm edə bilməyən erməni siyasi rəhbərliyi 9 noyabr sazişindən sonra dəfələrlə eyni əməli törədib. Bununla onlar növbəti dəfə revanşist niyyətlərindən hələ də kənarlaşa bilmədiklərini sübuta yetirirdilər.

Amma hər dəfə olduğu kimi qətiyyətli Azərbaycan Ordusu düşmənin təxribatına dərhal cavab verdi və qarşı tərəfi xeyli itki verərək geri çəkilməyə məcbur etdi.

Shimal.News xəbər verir ki, hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə  80 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb.

Təxribatın qarşısını alan zaman şəhid olanlar arasında Şimal bölgəsinin hərbçiləri də olub:

Xaçmazın, Əbilyataq kənd sakini, 1989-cu il təvəllüdlü baş gizir Elnur Rüstəmov. Vətən müharibəsində qəhrəmancasına döyüşüb, göstərdiyi sücaətə görə “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Kələbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Ailəli olub və 3 övladı var.

Qubanın İsnovqışlaq kənd sakini, 2001-ci il il təvəllüdlü müddətdən artıq xidmət edən (MAXE) Ümid Həsənov. Şəhidimiz ailənin tək oğlu idi. O, subay olub, iki bacısı isə ailəlidir.

Xızının Giləzi qəsəbə sakini, 1990-cı il təvəllüdlü kapitan Saleh Qurbanov. Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, qəhrəmanlığına görə müxtəlif medallarla ilə təltif edilib.

İsmayıllının Talıstan kənd sakini, 1996-cı il təvəllüdlü baş leytenant Cavidan Bədəlov. O, Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Şabrandan olan, 2000-ci il təvəllüdlü leytenant Murad Rəsulov. O, 2017-ci ildə yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Sonra kursant kimi Vətən Müharibəsində döyüşüb. Genişmiqyaslı təxribat zamanı isə igidlik və mərdlik göstərib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olub.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər