top
Qusarlı şəhid mayorun anım günüdür
22 avqust 2025, 15:30
- ↺ +

Qusarlı şəhid mayorun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Sənan Zamanovun dünyaya göz açdığı gündür.

Shimal.News xəbər verir ki, Sənan Qahir oğlu Zamanov 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində anadan olub.

1993-cü ildə Qusar rayon Çiləgir kənd orta məktəbində ibtidai təhsil alan Sənan, 1994-cü ildə təhsilinə Bakı şəhəri, Nəsimi rayonu 211 saylı tam orta məktəbdə, daha sonra isə 1998-ci ildə Beyləqan rayonu, Milabad kənd məktəbində davam etdirib.

O 2001-ci ildə qardaşı ilə birlikdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Burada 3 il təhsil aldıqdan sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib. Buranı 2008-ci ildə bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçib, 2009-cu il 20 iyul tarixində Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissələrdə taqım komandiri və bölük komandiri təyin edilib. 2011-ci ildə baş leytenant, 2015-ci ildə kapitan rütbəsi alıb. 2016-cı ildə Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən N saylı hərbi hissəsində bölük komandiri təyin edilib və həmin il mayor rütbəsini alıb. 2019-cu ildən mayor Zamanov Sənan xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. Vətən müharibəsi başlanan dövrdə maddi-texniki təminat taborunun komandiri vəzifəsini tutub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. S.Zamanov oktyabrın 1-də Suqovuşan döyüşlərində şəhid olub. Düşmən mövqeyinə hücuma keçən Sənan onun canlı qüvvəsini məhv etməklə şücaət göstərərək qəhrəmancasına həlak olub.

Şəhid Sənan Zamanov "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.

2018-ci ildə isə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülüb.

 

 

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər