top
Qusarın yetirdiyi unudulmaz sənətkar: Qızmar günəş altındanın Aydını kim idi?
Foto
20 may 2026, 12:59
- ↺ +

Qusarın yetirdiyi unudulmaz sənətkar: "Qızmar günəş altında"nın Aydını kim idi?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan kinosunun yaddaşında elə simalar var ki, onlar bir obrazla belə tamaşaçının qəlbində silinməz iz buraxıblar. Əkbər Fərzəliyev də həmin sənətkarlardandır. Tamaşaçı onu ən çox "Qızmar günəş altında" filmində yaratdığı Aydın obrazı ilə xatırlayır.

Shimal.News məlumat verir ki, kino tarixinin səssiz, lakin unudulmayan simalarından olan Əkbər Fərzəliyevin 1932-ci il oktyabrın 1-də Köhnə Xudat kəndində dünyaya gəlib. Sənətkarın taleyi də həyat yolu kimi qeyri-adi olub. O, əvvəlcə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alsa da, atasının istəyi ilə təhsilini yarımçıq qoyaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

Onun sənət yolu isə təsadüfən başlayıb. Tələbə illərində Bəxtiyar filminin kütləvi səhnələrinə dəvət olunması həyatını dəyişib. Ardınca "O olmasın, bu olsun", "Ögey ana", "Koroğlu" və digər ekran işlərində rol alıb.

Əkbər Fərzəliyevin kino tarixində xüsusi yer tutmasının əsas səbəbi isə "Qızmar günəş altında" filmində yaratdığı gənc həkim Aydının obrazı oldu. Romantik, vicdanlı və insanlara bağlı bir ziyalı obraz həmin dövr tamaşaçısının ideal qəhrəmanına çevrilmişdi.

Maraqlıdır ki, aktyor xarici görünüşünə görə əfsanəvi qəhrəman Mehdi Hüseynzadəyə çox bənzədilirdi və bir vaxtlar "Uzaq sahillərdə" filmində Mixaylo roluna əsas namizədlərdən biri hesab olunurdu.

1960-cı illərdən sonra isə o, kino mühitindən uzaqlaşaraq doğma Qusar rayonuna qayıdıb. Burada Ləzgi Xalq Teatrını yaradıb, mədəniyyət evinə rəhbərlik edib, tamaşalara quruluş verib və paralel olaraq hüquqşünas kimi çalışıb.

Əkbər Fərzəliyev həm də şair idi. Onun "İntizar", "Qusarım", "Gəl barışaq" kimi şeirləri uzun illər dillər əzbəri olub. "İntizar" şeirinə isə Ruhəngiz Qasımova tərəfindən mahnı bəstələnib.

1999-cu il mayın 15-də vəfat edən sənətkar nə fəxri ad aldı, nə də böyük təntənəli tədbirlərlə xatırlandı. Amma onun ən böyük mükafatı tamaşaçı sevgisi oldu.

FİLMOQRAFİYA:

1. Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – aktyor

https://www.youtube.com/watch?v=_vxgMXuHnwc

2. O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – aktyor (ziyalı)

https://www.youtube.com/watch?v=mZTbGUGk7Rc

3. Qızmar günəş altında (1957, tammetrajlı bədii film) – aktyor (Aydın)

https://www.youtube.com/watch?v=qnILHJ2NsPY

4. Ögey ana (1958, tammetrajlı bədii film) – aktyor (usta Əbdül)

https://www.youtube.com/watch?v=Js9RX9k5VnI

5. Əsl dost (1959, tammetrajlı bədii film) – aktyor

https://www.youtube.com/watch?v=Mctfb_hvsGE

6. Koroğlu (1960, tammetrajlı bədii film) – aktyor (Eyvaz)

https://www.youtube.com/watch?v=wuRVEu9TvrA

7. Mollanın sərgüzəşti (1960, qısametrajlı bədii film) – aktyor (gənc aqronom)

https://www.youtube.com/watch?v=sPzfrjZq3JU

8. Bizim küçə (1961, tammetrajlı bədii film) – aktyor (boks üzrə məşqçi)

https://www.youtube.com/watch?v=LY3tSAhPMGA

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər