top
Qusarda monqolların dağıtdığı Əniq qalası
26 mart 2025, 14:26
- ↺ +

Qusarda monqolların dağıtdığı Əniq qalası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunun Əniğ (Əniq) kəndində, Qusarçayın sağ sahilində IX-XIV əsrlərə aid qala var.

Shimal.News məlumat verir ki, 1960-ci illərdə Əniq (Enıq) qalasında aşkar edilən qab qalıqları, silahlar və gümüş əşyalar həmin dövrə aiddir.

Salavat dağ keçidini nəzarət altında saxlayan Əniq qalası dəniz səviyyəsindən 1100 m hündürlükdə, təpə üzərində yerləşir. O, bir tərəfdən sürətli axan çay suları və qayaları ilə, digər tərəfdən isə dağlarla əhatə olunduğuna görə strateji cəhətdən əhəmiyyətli idi.

Yerli əfsanəyə görə, Enıx adlı hökmdarın şərəfinə qalaya bu ad verilib. Əniq qalasının içində yaşayış məntəqəsi olub. Onun adı haqqında məlumat yoxdur, lakin ərəb müəlliflərinin qeyd etdiyi Abhaz şəhəri bu qalanın yerləşdiyi əraziyə ən çox uyğun gəlir.

XIV əsrin gürcü "Xronoqraf”ının məlumatına əsasən 1288-ci ildə Monqol hökmdarı Arqun xanın yürüşü zamanı Anik adlı qala dağıdılıb. Ehtimal olunur ki, bu, Əniq qalası idi. Bir müddət sonra ətraf ərazilərdən gələn sakinlər burada məskunlaşaraq kənd qurublar. Kənd tikiləndə qala divarlarının bir hissəsi dağıdılaraq daşlarından tikinti materialları kimi istifadə olunub.

Qalanın 2 hissəsi bu günə kimi qalıb - 15-16 metr uzunluğunda divar və darvaza. Onlar ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

 

Mənbələr:


  1. C. Ə. Xəlilov. Enıx qalası. Azərbaycan SSR EAM. XVIII c. 1962, № 4.

  2. М. ДЖ. Халилов. Уточнение даты взятия и разрушения крепости Аниг. (Тезисы докладов Первой научной конференции "История лезгин". Баку,1993

  3. Azərbaycan arxeologiyası orta əsrlər VI cild, 2008.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər