Od qüdrət, qüvvət, işıq, azadlıq və ucalıq rəmzidir. Adətən, bu çərşənbədə tonqal daha möhtəşəm qalanır. İnanclara görə, alovun üzərindən tullanmaqla daxildə olan bütün xəstəliklər yandırılır. Həmçinin bu çərşənbədə tonqalın yandırılması həmin ilin isti və bərəkətli keçməsinə işarə edir.
Od çərşənbəsində axşam həyət və məhəllələrdə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanır. Od çәrşәnbәsində, həmçinin ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalanırdı. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasiminә son qoyulardı.