top
Lahıclı alim Əkrəm Cəfər
09 fevral 2023, 19:00
- ↺ +

Lahıclı alim Əkrəm Cəfər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əkrəm Cəfər 5 may 1905-ci ildə indiki İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

O, ilk təhsilini mollaxanada aldıqdan sonra yeni üsullu məktəbdə oxuyub. Əkrəm ərəb, fars və türk dillərinə yiyələnib. 1920-ci ildə Darülmüəlliminə (Bakı Pedaqoji Məktəb) daxil olub. Burada o, Hüseyn Cavidin sevimli tələbəsinə çevrilib. Hüseyn Cavid Əkrəm Cəfərin ədəbiyyat müəllimi olub. Cəfər o dövrdə Mirzə Ələkbər Sabirin təsiri ilə şeirlər yazıb. Cəfərin ilk şeirləri Bakı Darülmüəllimində  təhsil aldığı illərdə mətbuatda çap olunmağa başlayıb.

Əkrəm Cəfər Pedaqoji məktəbi bitirdikdən sonra dörd il Lənkəran və Qazaxda ədəbiyyat müəllimi işləyib.

Əkrəm Cəfər 1929-1932-ci illərdə Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Həmin zaman Əkrəm Cəfər Kremldə də çalışıb. Orada işləyərkən o, “Bolşaya Sovetskaya Ensiklopediya”nın müxtəlif cildlərində türk dünyasının böyük şəxsiyyətləri barədə məqalələrini dərc edib, həmçinin “Azərbaycan Sovet Ensiklopediyası”nın aparıcı müəlliflərindən biri olub. 1937-1939-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb.

5 sentyabr 1942-ci ildə Əkrəm Cavad Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiqlə əlaqələrinə görə həbs olunaraq Rusiyanın Kuybışev şəhərindəki həbs düşərgəsinə göndərilib. Daha sonra oradan Krıma köçürülmüş, 1949-cu ilə qədər həbsdə olmuşdur. Həbsdən azad edildikdən bir müddət sonra o, yenidən Türkmənistanın Mərv vilayətinə sürgün edilmişdir.

Əkrəm Cavad 1954-cü ildə bəraət alaraq, Azərbaycana qayıtmışdır, indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində “Qədim türk yazılı abidələri” fənnindən dərs demişdir.

Əkrəm Cəfər 1961-1991-ci illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışır. Burada alim 1977-ci ildə “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” adlı əsərini yaradır. Bu əsərlə və 250-dən artıq məqaləsi ilə o, Azərbaycanda milli əruz (şeir ölçülərindən bəhs edən elm) məktəbinin və müqayisəli əruzşünaslıq elminin əsasını qoyur.

Əkrəm Cəfər 18 avqust 1991-ci ildə Bakıda vəfat edib. O, II Fəxri xiyabanda dəfn olunub.

 

İstinad edilən mənbələr:


http://www.anl.az/down/meqale/azerbaycan/2010/may/117773.htm

Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
Bu gün, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
Bu gün, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
Bu gün, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
Bu gün, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
Bu gün, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
Bu gün, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Bu gün, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Cəmiyyət
Bu gün, 13:45

Qaz xəttinin üzərində obyekt tikmək istəyirlər? - lövhəni kəsib apardılar

Hadisə
Bu gün, 12:53

Qaxda 7 nəfər göbələkdən zəhərlənib

Hadisə
Bu gün, 12:05

Oğuzda meşədə yanmış meyiti tapılan şəxs direktor müavini imiş - YENİLƏNİB

Hadisə
Bu gün, 11:58

Şəki gimnaziyasında 50 min manatdan çox mənimsəmə iddiası

Cəmiyyət
Bu gün, 11:16

Qusarın 3 kəndi qazlaşdırılır

Hadisə
Bu gün, 10:30

Şəkidəki qəzada ölən 24 yaşlı gənc bu yaxınlarda ata olubmuş - FOTO

Cəmiyyət
Bu gün, 09:30

FHN-də yeni təyinat: Rövşən Nəbiyev Qəbələyə göndərildi

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Dünən, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Dünən, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Dünən, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Dünən, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Dünən, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Dünən, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Oxşar xəbərlər