top
İlk rütbəsini Ulu Öndərdən alan canlı əfsanə-Tehran Mənsimov
11 noyabr 2025, 17:57
- ↺ +

İlk rütbəsini Ulu Öndərdən alan canlı əfsanə-Tehran Mənsimov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Onu “Şuşa Fatehi” kimi də tanıyırlar. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən müharibəsi iştirakçısı Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. Orta təhsilini Qusar rayonunda alıb, 1989-cu ildə orta məktəbi bitirib. 1990-cı ildən 6 yanvar 1992-ci ilədək Sovet Ordusunun sıralarında hərbi xidmət keçib, Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanıb və müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edib.

Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlayıb. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət edib. Kapitan rütbəsini də 1994-cü ildə Horadiz istiqamətində gedən uğurlu əməliyyatlar zamanı alıb. Horadiz qəsəbəsi və 22 kəndin uğurlu müdafiəsindən sonra Heydər Əliyev taborla görüşüb. Tehranla da söhbət edib, rütbəsini soruşub. Baş leytenant cavabından sonra Ulu Öndər Tehrana “bu gündən kapitansan” deyib. Bu, onun ilk rütbəsi idi.

2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayaraq, Şahbuz rayonundakı hərbi hissənin komandiri kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib. Ələlxüsus, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Şuşaya gedən yol açıq olmadığı üçün ərazidə qızğın döyüşlər gedirmiş. Düşmən də bütün gücünü həmin əraziyə cəlb edibmiş. Tehrana Daşaltı bögəsini nəzarətə almaq, xüsusi təyinatlılara şərait yaratmaq, düşmən qüvvələrini məhv etmək tapşırığı verilir. Noyabrın 4-də Daşaltı işğaldan azad edilir. Naxçıvan xüsusi təyinatlıları xüsusi şücaət göstərərək, düşmənin bütün əks-hücumlarını dəf edir. Tehran Mənsimovun rəhbərlik etdiyi bölmələr noyabrın 5-dən 6-na keçən gecə Laçın yolunu keçərək Keybalı yaşayış məntəqəsi tərəfdən Şuşa ətrafındakı meşəyə daxil oldular. Artıq noyabrın 6-da Şuşada idilər. Şəhərin içində güclü döyüşlər getdi, ermənilərin 3 əks-hücumunu dəf etdilər. Həmin gün Şuşada hücumu dərinliyə doğru daha da genişləndirdilər, hücum istiqamətində küçə və prospektləri, yaşayış və qeyri-yaşayış obyektlərini düşməndən təmizlədilər. Növbəti günlərdə ermənilərin çoxsaylı əks-hücumlarının da qarşısı uğurla alınır. Noyabrın 9-da Şuşada hər şey artıq başa çatmışdı, düşmən birdəfəlik məhv edilmiş, şəhər tam təmizlənmişdi. Tehran Mənsimovun rəhbərlik etdiyi əməliyyat qruplaşması Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini qələbə ilə icra etmişdi. Artıq Zəfər qazanılmışdı. İkinci Qarabağ müharibəsinin əsas qəhrəmanlarından və simvollarından sayılan Tehran Mənsimov “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları  ilə təltif edilib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər