top
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
15 oktyabr 2025, 00:01
- ↺ +

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün - 15 oktyabr 2025-ci il tarixində, İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanaraq ölkə rəhbəri seçilib. Bununla da Azərbaycanın müasir inkişaf tarixində yeni, uğurlu bir mərhələ başlanıb.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini, sabitliyini və dövlətçiliyini qorumağı bacardı. Onun müəyyən etdiyi siyasi xətt sonrakı illərdə ölkənin hərtərəfli tərəqqisinə yol açdı.

Xalq bu yolun davam etdirilməsini istəyərək, 2003-cü ildə keçirilən seçkilərdə İlham Əliyevə 76,8 faiz səs verərək onu Prezident seçdi. Gənc dövlət başçısı vəzifəyə başladığı ilk gündən peşəkar idarəçilik bacarığı, qətiyyətli qərarları və milli maraqlara əsaslanan siyasəti ilə xalqın inamını daha da möhkəmləndirdi.

Prezident İlham Əliyev 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə keçirilən seçkilərdə də yenidən inamlı qələbə qazanaraq, xalqın dəstəyini bir daha təsdiqlədi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazılıb. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində möhtəşəm qələbə qazanıldı.

2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunub.

Bu uğurlar son 22 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı, möhkəmlənən beynəlxalq nüfuzu və torpaqlarımızın azad olunması ilə nəticələnən Qələbə kimi tarixi nailiyyətlərlə müşayiət olunub.

Xalqın İlham Əliyevə verdiyi səs - Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyin və Azərbaycanın gələcəyinə olan inamın ifadəsidir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər