top
Cimi kəndindən Ali Məhkəməyə uzanan ömür – Hakim Vəkil Şükürovun xatirəsi anılır
Foto
18 may 2026, 11:23
- ↺ +

Cimi kəndindən Ali Məhkəməyə uzanan ömür – Hakim Vəkil Şükürovun xatirəsi anılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan məhkəmə sistemində uzun illər prinsipial mövqeyi, peşəkar fəaliyyəti və qanunun aliliyinə bağlılığı ilə tanınmış hakim Vəkil Şükürovun doğum günüdür. Onun vəfatından isə 6 il ötür.
Shimal.News
xəbər verir ki,
Quba rayonunun Cimi kəndində dünyaya gələn Vəkil Şükürovun həyat yolu ağır və çətin şəraitdə başlayıb. Erkən yaşlarında atasını itirməsi ailənin bütün yükünü anasının üzərinə qoyub. Maddi sıxıntılar içində keçən uşaqlıq illəri onun xarakterinin formalaşmasına, iradəli və dözümlü insan kimi yetişməsinə ciddi təsir göstərib.

Gənc yaşlarından əmək fəaliyyətinə başlayan Vəkil Şükürov müxtəlif sahələrdə çalışaraq ailəsinə dəstək olub. Zavodda işlədiyi illərdə ictimai fəaliyyətə maraq göstərib, bir müddət rayon məhkəməsində xalq iclasçısı kimi iştirak edib. Məhkəmə proseslərini yaxından izləməsi onda hüquq sahəsinə böyük maraq yaradıb.

Ali təhsil almaq arzusu isə onun həyatındakı ən çətin mərhələlərdən biri olub. Maddi imkansızlıq səbəbindən bir neçə dəfə universitetə qəbul ola bilməsə də, məqsədindən geri dönməyib. Gecələr hazırlaşıb, işləyə-işləyə təhsilini davam etdirib. 1963-cü ildə texnikuma qəbul olunaraq oranı fərqlənmə diplomu ilə bitirib. Uzun illərin mübarizəsindən sonra 28 yaşında Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub.

Əmək fəaliyyətinə fəhlə kimi başlayan Vəkil Şükürov sonradan usta, mühəndis-texnoloq vəzifələrinə qədər yüksəlib. Hüquq təhsilini başa vurduqdan sonra isə məhkəmə sistemində fəaliyyətə başlayaraq 1976-cı ildə Lerik rayonunda xalq hakimi təyin olunub. Sonrakı illərdə Şamaxı rayon məhkəməsinin sədri, Şamxor (indiki Şəmkir) rayonunda hakim, daha sonra isə Azərbaycan SSR Ali Məhkəməsində hakim kimi çalışıb.

O, xüsusilə ağır cinayətlər və rezonans doğuran işlər üzrə çıxardığı qərarlarla tanınıb. Balakən və Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərində qanunun aliliyinə söykənən prinsipial mövqeyi ilə yadda qalıb.

Vəkil Şükürov müəllif kimi də fəaliyyət göstərib. Onun "Taleyim mənim" kitabında həyat yolu, çətinliklərlə dolu mübarizəsi və hakimlik fəaliyyəti əks olunub. "Qara kəmər əməliyyatı" əsəri isə hüquq-mühafizə və məhkəmə təcrübəsinə dair diqqət çəkən publisistik nümunələrdən hesab olunur.

Yoxsul kənd həyatından başlayaraq Azərbaycan məhkəmə sisteminin yüksək pillələrinə qədər yüksələn Vəkil Şükürov peşəkar hakim, prinsipial hüquqşünas və yüksək mənəvi keyfiyyətlərə malik insan kimi xatırlanır. Bu gün onun xatirəsi doğmaları və onu tanıyanlar tərəfindən ehtiramla yad edilir.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər