top
Buludların üstündəki kənd – Xınalıq dünyanın diqqət mərkəzində
Foto
28 may 2026, 16:30
- ↺ +

Buludların üstündəki kənd – Xınalıq dünyanın diqqət mərkəzində

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubanın dağlar qoynunda, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Xınalıq kəndi təkcə Azərbaycanın deyil, dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Böyük Qafqaz dağlarının zirvələri arasında yerləşən bu qədim kənd həm tarixi, həm də özünəməxsus həyat tərzi ilə hər il minlərlə turistin diqqətini cəlb edir.

Şahdağ, Bazardüzü, Tufandağ və Qızılqaya zirvələri ilə əhatələnən Xınalıq ilk baxışdan sanki buludların üzərində qurulmuş başqa bir dünyanı xatırladır. Buraya aparan dolama dağ yolları boyunca təbiətin sərtliyi ilə qədim həyatın izləri bir-birinə qarışır. Yay aylarında belə sərin havası ilə seçilən kənd qışda aylarla qar altında qalır.

Tarixçilərin fikrincə, Xınalığın əsası eramızdan əvvəl qoyulub. Kənd ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan qədim yaşayış izləri buranın minilliklər boyu insanların məskəni olduğunu sübut edir. Araşdırmalara görə, ilkin yaşayış izləri Erkən Tunc dövrünə qədər gedib çıxır.

Kəndin adı ilə bağlı maraqlı rəvayətlər də var. Deyilənə görə, günəş doğarkən ətraf qayaların xına rənginə çalması bu yerin "Xınalıq" adlandırılmasına səbəb olub. Yerli sakinlər isə kəndi öz dillərində "Kətiş" adlandırırlar.

Xınalıq sakinləri Azərbaycanın ən qədim etnik qruplarından biri hesab olunur. Onların özünəməxsus dili, folkloru, inancları və həyat tərzi əsrlərdir qorunub saxlanılır. Kənddə qədim dastanlar, rəvayətlər və bayatılar bu gün də nəsildən-nəslə ötürülür.

Əsrlər boyu kənd əhalisinin əsas məşğuliyyəti köçəri heyvandarlıq olub. Xınalıqdan Şirvan istiqamətinə uzanan qədim Köç yolu da bu həyat tərzinin əsas hissələrindən sayılır. Uzunluğu 200 kilometrdən artıq olan bu yol tarix boyu yaylaq və qışlaq həyatını birləşdirən əsas marşrutlardan biri olub.

Xınalıq və qədim Köç yolu bu gün artıq dünya miqyasında qorunan mədəni irs nümunələrindən biridir. 2023-cü ildə "Xınalıq və Köç yolu mədəni landşaftı" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Daha sonra burada dövlət tarix-mədəniyyət qoruğu yaradılıb. BMT-nin Turizm Təşkilatı isə Xınalığı "Ən yaxşı turizm kəndi" elan edib.

Kəndin qədim daş evləri, məscidləri, türbələri və ziyarətgahları bu gün də qorunub saxlanılır. Xınalığın ən yüksək nöqtəsində yerləşən qədim Cümə məscidi, Əbu Müslüm məscidi, Şeyx Salbuz məscidi, eləcə də onlarla pir və türbə əsrlərin yadigarı kimi yaşayır.

Xınalıq bu gün sadəcə bir kənd deyil. O, Azərbaycanın qədim tarixini, milli kimliyini və dağ insanının əsrlərlə dəyişməyən həyatını yaşadan canlı muzeydir.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər