top
Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025, 00:01
- ↺ +

Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan xalqı müasir dövlətçiliyimizin memarı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anır. 22 il əvvəl – 2003-cü il dekabrın 12-də Heydər Əliyev ABŞ-nin Klivlend klinikasında 80 yaşında vəfat edib və dekabrın 15-də Bakıda, Birinci Fəxri xiyabanda böyük izdihamla dəfn olunub.

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Bakıdakı indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almağa başlayıb. Lakin İkinci Dünya müharibəsinin başlanması səbəbilə təhsilini yarımçıq qoymağa məcbur olub.

Cəmi 21 yaşında təhlükəsizlik orqanlarında çalışmağa başlayan Heydər Əliyev qısa müddətdə peşəkarlığı, intellekti və idarəçilik qabiliyyəti ilə seçilib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunması onun dövlət idarəçiliyində mühüm mərhələnin başlanğıcı sayılır.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikanın ictimai-siyasi həyatında dönüş nöqtəsi oldu. Onun rəhbərliyi illərində Azərbaycanın sənayesi sürətlə inkişaf etdi, kənd təsərrüfatında ciddi irəliləyiş əldə olundu, infrastruktur layihələri genişləndi. O dövrdə ölkə ittifaq miqyasında nüfuz qazandı.

1987-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş katibi Mixail Qorbaçovun siyasətinə etiraz olaraq yüksək vəzifələrdən istefa verdi. 1990-cı ilin Qara Yanvar faciəsindən sonra o, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqın kənardan gizlədilən həqiqətini dünyaya çatdırdı. Bu addım həm siyasi, həm də tarixi baxımdan xüsusi cəsarət nümunəsi kimi yadda qaldı.

1991-ci ildə Naxçıvana qayıdan Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə rəhbərlik etdi, burada dövlətçilik ənənələrinin qorunması, milli atributların bərpası və Azərbaycanın müstəqilliyinə dəstək istiqamətində mühüm qərarlar verdi.

1993-cü ildə ölkədə yaranan ağır siyasi böhran fonunda xalqın tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev 3 oktyabr 1993 və 11 oktyabr 1998-ci il seçkilərində ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun rəhbərliyi ilə ölkədə xaosun qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik və inkişaf dövrü başlandı.

Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, iqtisadiyyatın neft müqavilələri vasitəsilə dünya bazarlarına inteqrasiyasına, güclü ordu quruculuğuna və hüquqi dövlətin formalaşdırılmasına misilsiz töhfələr verdi. "Əsrin müqaviləsi"nin imzalanması, Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsinin əsasının qoyulması, çoxşaxəli diplomatik siyasət bu dövrün mühüm nailiyyətlərindəndir.

Bu gün də Heydər Əliyevin siyasi kursu və dövlətçilik ideyaları müasir Azərbaycanın inkişafında əsas istiqamət kimi davam etdirilir. Ümummilli Liderin xatirəsi Azərbaycan xalqı tərəfindən ehtiramla yad olunur.



Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər