Torpaq çərşənbəsi Novruz çərşənbələrinin sonuncusudur. Həmin çərşənbə, həmçinin “Yer çərşənbəsi” və “İlaxır çərşənbə” kimi tanınır.
İlaxır çərşənbə torpağın isinib oyanmasının rəmzidir və baharın gəlişindən xəbər verir.
Həmin gün insanlar torpaq sahələrinə çıxar, təmizlik işləri görər, kütləvi şənliklər keçirər, əmək nəğmələri oxuyardılar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq fallarına çıxılır.