top
Bu gün Beynəlxalq Çay Günü qeyd olunur
21 may 2025, 09:36
- ↺ +

Bu gün Beynəlxalq Çay Günü qeyd olunur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda 4 rayonda çay becərilir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, çay plantasiyalarının Şimalda 6,3%-i Zaqatala və Cənubda 57,6%-i Lənkəran, 24,5%-i Astara və 11,5%-i Masallının payına düşür.

Birləşmiş Millətlər Təşkilatının 21 dekabr 2019-cu ildə qəbul etdiyi qətnamə ilə hər il mayın 21-i Beynəlxalq Çay Günü kimi qeyd edilir.

Çayın vətəni Çin hesab edilir. Burada çayla bağlı ilkin məlumatlara təxminən 5000 il bundan əvvəl əlyazmalarında rast gəlinir. Azərbaycana isə bu bitki ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilib və ilk zavodu burada tikilib.

Teleqraf.аz-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında 2025-ci ilin ilk 4 ayında ölkədə 3602 ton çay istehsal edildiyi qeyd olunub.

Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, yüksək qan təzyiqindən əziyyət çəkən, qanazlığı olan insanlara çay içmək tövsiyə olunmur.

Gündəlik rasionumuzda çaydan çox istifadə edirik. Bəs çay içməyin orqanizm üçün hansı zərərləri var?

Qida mühəndisi, sağlam qidalanma mütəxəssisi Fərid Səfərov deyir ki, qəbul etdiyimiz hər bir qida kimi çay içmək də norma daxilində olmalıdır.

“Normadan artıq çay (həm qara, həm yaşıl) qəbulu dəmir çatışmazlığı, narahatlıq, stress, yuxu pozulmaları, baş ağrısı, hamiləlikdə problemlər, həzm sistemində problemlər yarada bilir”.

Bəs təbii çayın faydaları nələrdir?

- ürək sağlamlığı üçün faydalıdır.

- bağırsaq sağlamlığını yaxşılaşdırır.

- infarkt riskini azaldır.

- qan şəkərini aşağı salır.

- diqqəti artırır.

Mütəxəssis vurğulayır ki, çayı düzgün şəkildə qəbul etmək də önəmlidir. Çayı acqarnına içmək, çox isti və soyuq içmək, tünd çay içmək, çox dəmlənmiş və dəfələrlə dəmlənmiş, yeməkdən qabaq və yeməkdən dərhal sonra çay içmək sağlamlıq üçün zərərlidir. Uzunmüddətli və davamlı şəkildə çay içmək asılılıq yaradır, bunun səbəbi tərkibində olan kofeindir:

“Bəzən qara çay əvəzinə yaşıl çay içənlər faydalı olduğunu düşünərək daha çox yaşıl çay içirlər, unutmaq olmaz ki, hər ikisi çay bitkisindən alınır və hər ikisini də mütləq normasında qəbul etmək lazımdır. Uzunmüddətli və davamlı şəkildə çay içmək asılılıq yaradır, bunun səbəbi tərkibində olan kofeindir”.

Hazırda satışda saysız-hesabsız çay növləri var. Əksəriyyəti də kəskin qoxuludur.

Mütəxəssis qeyd edir ki, bu onların tərkibindəki ətirləndiricilərə görədir və çay seçərkən qoxusunun az olmasına fikir vermək lazımdır.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər