top
Bu gün Azərbaycanda ilk səhiyyə qəzetinin yaradıcısı, qubalı həkim və şair Tofiq Nurəlinin doğum günüdür
04 iyul 2023, 10:02
- ↺ +

Bu gün Azərbaycanda ilk səhiyyə qəzetinin yaradıcısı, qubalı həkim və şair Tofiq Nurəlinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həkim-endokrinoloq və şair Tofiq Niyətulla oğlu Hacıyev 4 iyul 1953-cü ildə Qubanın Yerfi kəndində anadan olub. O, Tofiq Nurəli kimi tanınıb.

Tofiq Nurəli 1961-1968-ci illərdə Yerfi kənd səkkizillik məktəbini bitirəndən sonra 1968-1970-ci illərdə Bakıda 19 nömrəli orta məktəbdə təhsil almışdır. Daha sonra indiki Azərbaycan Tibb Universitetində müalicə-profilaktika fakültəsinə daxil olub, oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Tofiq Hacıyev 1976-1978-ci illərdə əmək fəaliyyətinə Bakıdakı indiki Musa Nağıyev Xəstəxanasında (köhnə Semaşko) başlayıb. 1978-1979-cu illərdə Mirqasımov adına Respublika Klinik xəstəxanasında həkim-internator kimi çalışıb. 1979-1980-ci illərdə Quba rayonunun Qonaqkənd Qəsəbə Xəstəxanasında terapevt-həkim vəzifəsində işləyib.

Tofiq Nurəli 1983-1985-ci illərdə Bakı şəhərinin 2 nömrəli xəstəxanasında həkim-ordinator, 12 nömrəli xəstəxanada isə həkim-terapevt kimi işləyib. O, uzun illər 17 saylı Tibb Sanitariya Hissəsinə rəhbərlik etmişdir.

Onun həkimlik fəaliyyətinə həsr olunmuş “Onkologiya xəstəxanasından fraqmentlər” silsiləsi, “Bir həkimin keçdiyi yol” adlı nəsr əsəri və tibb işçiləri gününə aid “Doktor” adlı bir şeiri var.

Tofiq Nurəlinin dediklərindən: “Sözün bu yerdə çox aciz olduğunu hiss edən, o dünyanı görüb gələn pasiyentlər həkimin üzündən yox, məhz əlindən öpməklə duyğularını çatdırmaq istəyirlər. Çünki dünyada insan həyatından qiymətli heç nə yoxdur və olmayacaq”.

Tofiq Nurəli ölkədə tibbi biliklərin geniş təbliği məqsədi ilə “Şəfqət” (indiki “Tibb qəzeti”) adlı ilk səhiyyə qəzetini yaratmışdır. O, 1991-1995-ci illərdə həmin qəzetin baş redaktoru olmuşdur.

Bədii yaradıcılığa gəldikdə isə 1984-cü ildə o, gənc yazıçıların VIII Ümumittifaq müşavirəsinin iştirakçısı olmuşdur. Onun “Şehrli kəpənəklər”, “Yağışdan sonra”, “Tənha bir qüssə”, “Tənha payız çiçəyi” şeir kitabları var. Tofiq Hacıyev 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, həmçinin “Qaçaq Mayıl” kinopovestinin müəllifidir.

Xalq şairi Fikrət Qoca Tofiq Nurəlinin şeirlərini belə qiymətləndirmişdir:
“Tofiq klassik üslubda da, heca vəznində və sərbəst formada da eyni dərəcədə müvəffəqiyyətlidir, orijinaldır…Tofiq, həmçinin həssas şairdir. O, insan qəlbiylə ünsiyyəti bacarır…”

 

 

İstinad edilən mənbələr: 


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Dünən, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
05 noyabr 2026, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
05 noyabr 2026, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
05 noyabr 2026, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
05 noyabr 2026, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
05 noyabr 2026, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Cəmiyyət
05 noyabr 2026, 15:37

Qusarda Zəfər Günü ərəfəsində 3800 ağac əkilib

İdman
05 noyabr 2026, 14:14

Ceyhun Həsənli baş məşqçi təyin edildi

Cəmiyyət
05 noyabr 2026, 13:41

Tacikistandan Şəkiyə uzanan həyat yolu: 40-dan çox ölkədən turist cəlb edir

İqtisadiyyat
05 noyabr 2026, 13:00

Əməkhaqqı və məzuniyyət qaydaları dəyişə bilər

Oxşar xəbərlər