Prezident İlham Əliyev "Media nümayəndələrinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncam Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzalanıb.
Sənədə əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə bir qrup media nümayəndəsi təltif edilib.
Təltif olunanlar arasında balakənli jurnalist Nailə Hünbət qızı İslamzadə və ağsulu jurnalist Aytən Sədaqət qızı Piriyeva da var. Nailə İslamzadə 3-cü dərəcəli "Əmək" ordeni, Aytən Piriyeva isə "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, Nailə İslamzadə 1961-ci il noyabrın 2-də Balakən rayonunda anadan olub. 1982–2006-cı illərdə Azərbaycan Dövlət Televiziyasında diktor, aparıcı və jurnalist kimi fəaliyyət göstərib.
Aytən Piriyeva isə Ağsu şəhərində anadan olub. Əmək fəaliyyətinə "Ayna-Zerkalo" qəzetlərində başlayıb. 1998-ci ildən ANS ÇM radiosunda çalışan jurnalist daha sonra ANS TV-də müxtəlif xəbər və ictimai-siyasi verilişlərin aparıcısı, müxbiri, prodüseri və baş aparıcı-redaktoru vəzifələrində işləyib. Daha sonra o, "Azad Azərbaycan" (ATV) və "Xəzər TV" kimi aparıcı kanallarda fəaliyyətini davam etdirib.