8 Noyabr – Zəfər Günü ərəfəsində Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon ağacəkmə aksiyası keçirilib.
Shimal.News xəbər verir ki, şəhər ərazisində 50 ədəd Eldar şamı, kəndlərarası yolların kənarında isə meyvə və meşə ağacları əkilib.
Ümumilikdə 3800 ting torpağa basdırılıb.
Aksiyada Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, eləcə də müəssisə və təşkilatların kollektivlərindən ümumilikdə 500 nəfər iştirak edib.
Ağacəkmə aksiyasının məqsədi ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın bərpasına töhfə verməkdir.