top
Bu gün AXC-nin İstiqlal Bəyannaməsini imzalayanlardan birinin - qubalı Camo bəy Hacınskinin 135 illiyidir
14 iyun 2023, 12:30
- ↺ +

Bu gün AXC-nin İstiqlal Bəyannaməsini imzalayanlardan birinin - qubalı Camo bəy Hacınskinin 135 illiyidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Camo bəy Hacınski 14 iyun 1888-ci ildə (digər mənbələrdə 1887) Quba şəhərində anadan olub. O, ictimai-siyasi xadim və sənətşünas Mehdi bəy Hacınskinin qardaşıdır.

Camo bəy 1912-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hacınski 1907-1915-ci illərdə “Kaspi” qəzetinin müxbiri və əməkdaşı olub. O, 1915-1917-ci illərdə Birinci Dünya müharibəsi (1914-1918) dövründə zərər çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili idi. Hacınski “Nicat” mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, 1916-1917-ci illərdə müsəlman dram cəmiyyətinin və 1917-ci ildə Azərbaycan arxeoloji cəmiyyətinin yaradıcılarından biri olmuşdur.

O, həmçinin 1917-ci ildə Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş, oradan nümayəndə kimi Rusiya Müəssisələr məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir.

1918-ci ildə Hacınski “Türk yurdu” cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxumuş, “Azərbaycan” və digər mətbuat orqanlarında “Qubalı” imzası ilə çıxış etmişdir. 1919-1920-ci illərdə Üzeyir Hacıbəylinin əsərləri haqqında, həmçinin Nəcəf bəy Vəzirov və digərləri haqqında məqalə və resenziyalar yazıb, “Milli nəğmələr” adlı kitabçalarda şeirləri dərc olunub.

AXC dövründə o, poçt və teleqraf naziri, AXC-nin Milli Şurasının üzvü və Azərbaycan İstiqlal Bəyannaməsini imzalayan üzvlərindən biri idi. 1920-ci ilin aprel işğalından sonra xalq ədliyyə komissarlığında inzibati-maliyyə şöbəsinin rəisi təyin olunmuş və maarif sahəsində fəaliyyətini davam etdirmişdir. Hacınskinin fəaliyyəti zamanı dağılmış teleqraf və telefon xətləri bərpa olunmuş, poçt şöbələrinin normal fəaliyyəti bərpa edilmişdir. Həmçinin onun 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasında rolu olub.

İlk dəfə o, 21 aprel 1922-ci ildə həbs edilmişdir. 3 il həbsdə saxlandıqdan sonra Rusiyanın Solovki həbs düşərgəsinə göndərilmişdir.

1928-ci ilin iyununda o, azad edilərək Bakıya qayıtmışdır. Həmin ilin iyulundan respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında plan şöbəsinin katibi olmuş, sonra şöbə müdiri vəzifəsini icra etmişdir. Hacınski 1933-cü ildə Azərittifaq sistemində işləmiş, bir ildən sonra sənaye kooperasiyasında baş məsləhətçi vəzifəsinə keçirilmişdir.

Lakin Camo bəy 1937-ci ildə vəzifə ləğv olunduğundan işdən çıxarılmış, ikinci dəfə 24 noyabr 1938-ci ildə həbs edilərək sürgün olunmuşdur.

O, 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatna həbs düşərgəsində vəfat edib. Hacınskiyə 1956-cı ildə bəraət verilib.

İstinad edilən mənbələr:

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Dünən, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
05 noyabr 2026, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
05 noyabr 2026, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
05 noyabr 2026, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
05 noyabr 2026, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
05 noyabr 2026, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Cəmiyyət
05 noyabr 2026, 15:37

Qusarda Zəfər Günü ərəfəsində 3800 ağac əkilib

İdman
05 noyabr 2026, 14:14

Ceyhun Həsənli baş məşqçi təyin edildi

Cəmiyyət
05 noyabr 2026, 13:41

Tacikistandan Şəkiyə uzanan həyat yolu: 40-dan çox ölkədən turist cəlb edir

Oxşar xəbərlər