top
Balakənli partizan - Danil
Foto
09 may 2026, 17:58
- ↺ +

Balakənli partizan - "Danil"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakənin qəhrəman oğlu "Danil" faşistlərə Fransada qorxu yaşadıb. O, Maqamalar kəndində doğulub. Daniyal Abdullayev İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıqla yadda qalan azərbaycanlı döyüşçülərdən biri olub.

Milli diviziyalar Qafqazdan Berlinədək döyüş yolu keçərək Moskva, Leninqrad və Avropanın bir sıra şəhərlərinin azad olunmasında iştirak ediblər. Həmin qəhrəmanlardan biri də Daniyal olub.

O, baş çavuş rütbəsində xidmət edib, komandir köməkçisi vəzifəsində çalışıb və Brest qalasının müdafiəsinin iştirakçılarından olub.

Döyüşlərin birində o, hiylə işlədərək papağını dirəyə keçirib və almanların diqqətini yayındırıb. Düşmən uzun müddət həmin istiqamətə atəş açdığı vaxt Daniyal Abdullayev başqa mövqedən hücuma keçərək alman tankını qumbara ilə məhv edib. Lakin az sonra ağır yaralanaraq huşunu itirib və əsir götürülüb.

O, Polşa və Almaniyadakı bir neçə konslagerdən keçib. 1943-cü ildə düşərgədən qaçmağa nail olan Daniyal Abdullayev Fransız müqavimət hərəkatına qoşulub. "Danil" ləqəbi ilə tanınan azərbaycanlı döyüşçü qısa müddətdə sıravi partizandan rota komandirinə qədər yüksəlib.

Məlumata görə, onun rəhbərlik etdiyi partizan dəstələri alman hərbi eşalonlarını partladır, körpüləri sıradan çıxarır və faşist komendantlıqlarına qəfil hücumlar təşkil edirdi. Fransız arxivlərində "Azərbaycanlı Danil"in əməliyyatlarının alman qüvvələri arasında ciddi təşviş yaratdığı qeyd olunur.

Qəhrəmanlığına görə Daniyal Abdullayev iki dəfə Fransanın "Hərbi Xaç" ordeni ilə təltif edilib. O, həmçinin Fransanın Müqavimət Hərəkatı medalı, SSRİ-nin "İgidliyə görə" medalı və I dərəcəli "Vətən Müharibəsi" ordeni ilə mükafatlandırılıb.

Mənbələrdə bildirilir ki, Şarl de Qoll sovet partizanlarının şücaətindən danışarkən "Azərbaycanlı Danil"in adını xüsusi vurğulayıb.

Müharibədən sonra Azərbaycana qayıdan Daniyal Abdullayev bir çox keçmiş əsirlər kimi əvvəlcə şübhə ilə qarşılansa da, sonradan onun qəhrəmanlığı rəsmi şəkildə tanınıb.

Balakənin qəhrəman oğlu Daniyal Abdullayev 1968-ci ildə vəfat edib.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər