top
Balakən bağçasında iki dildə təlim keçirilir
11 sentyabr 2025, 17:01
- ↺ +

Balakən bağçasında iki dildə təlim keçirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan multikultural dəyərləri, tolerantlığı ilə dünyada nümunə göstərilir. Balakən, Zaqatala və Qax rayonları çoxmillətli xalqların birlik və bərabərlik şəraitində yaşadığı bölgələrimizdəndir. Bu rayonlarda yaşayan xalqların folkloru və etnoqrafiyası ilə yanaşı, dillərini də inkişaf etdirmək üçün kifayət qədər imkan və şərait yaradılıb.

AZƏRTAC-ın məlumatına görə, elə şimal-qərb qapımız Balakənin timsalında da bunu görmək olar. Rayonda ingiloyların sıx məskunlaşdığı İtitala kəndində iki dildə təlim-tərbiyə verən uşaq bağçasında olub.

İtitala kəndində yerləşən şəhid Manaf Umuxanov adına körpələr evi-uşaq bağçasında iki dildə təlim-tərbiyə verilir. Burada yay təlim məşğələlərinə səhər tezdən başlanılır. Kəndin bir özəlliyi də ondan ibarətdir ki, böyüklər kimi, balacalar da velosipeddən istifadəyə üstünlük verirlər. Bu isə onların ilkin yaş dövründən sağlam böyüməsinə şərait yaradır.

Uşaq bağçalarında yay məşğələləri hər zamankı kimi maraqlı keçir. Çünki uşaqlar həyətdə tək stol arxasında oturmur, həm də müxtəlif oyunlara cəlb edilirlər. Balacaların müxtəlif bilik və intellektual oyunlara cəlb edilməsi, mahnı və rəqslər ifa etməsi daha çox zəhmət və əziyyət tələb edir. Bu işdə qrupun tərbiyəçi müəlliminin üzərinə daha çox yük düşür.

Tərbiyəçi-müəllim Albina Mustafayeva yay planına uyğun olaraq uşaqlar üçün hər gün əyləncəli məşğələlər təşkil edildiyini, onların intellektinin daha yaxşı inkişaf etməsinə çalışdıqlarını bildirir. “Bağçamız bu yaxınlarda təmir edilib, bizim üçün daha əlverişli imkanlar yaradılıb, gözəl avadanlıqlarla təmin olunmuşuq”, - deyən tərbiyəçi-müəllim daha sonra qrupundakı uşaqlarla birlikdə növbəti intellektual oyuna başlayır.

Müəssisə fəaliyyətə başlayan gündən burada iki dildə təlim-tərbiyə verilir - Azərbaycan və gürcü dillərində. Qruplarda uşaqlar çoxdur, onların təlim-tərbiyəsi ilə məşğul olanlar isə təcrübəli mütəxəssislərdir.

Əsaslı təmir olunaraq fidanların istifadəsinə verilən uşaq bağçasının divarlarındakı rəsmlər diqqətimizi çəkir. Bağçanın müdiri Səlimət İsayeva deyir ki, bu rəsmləri tərbiyəçi-müəllimlər və texniki heyət öz əlləri ilə çəkiblər. Səlimət müəllimə sözlərinə onu da əlavə edir ki, kollektiv yeni təlim ili başlayana kimi divarlarda daha bir neçə iri dekorasiya və nağıllara aid illüstrasiya çəkməyi planlayır.

“Bağçamız 1988-ci ildən fəaliyyət göstərir. Yaxın zamanlarda əsaslı təmir olunub. Bu müəssisə 55 yerlikdir və üç qrupumuz var – bir körpələr və iki böyüklər qrupu. Böyüklər qrupundan biri də gürcü dilindədir”, - deyə o əlavə edir.

Azsaylı xalqların dilinin, dinin, təhsil və mədəniyyətinin inkişafına hər zaman dəstək olan dövlətimiz ucqar İtitala kəndində sakinlər üçün lazımi infrastruktur da yaradıb. Burada insanların sosial qayğıları diqqətdə saxlanılır. Kənddə müasir məktəb, mədəniyyət evi fəaliyyət göstərir, eləcə də digər infrastruktur yenidən qurulub.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər