top
Bakı-Şamaxı yolunda eyni nişanlar niyə iki dəfə basdırılıb? - RƏSMİ CAVAB
16 dekabr 2025, 14:00
- ↺ +

Bakı-Şamaxı yolunda eyni nişanlar niyə iki dəfə basdırılıb? - RƏSMİ CAVAB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə Bakı-Şamaxı yolu üzərində yol nişanlarının ard-arda təkrar şəkildə qoyulması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, təkrarlanan eynitipli yol nişanları bir-birinə yaxın məsafədə quraşdırılıb. Sürücülər isə bunun səbəbini anlamadıqlarını bildiriblər.

Oxu.az-ın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, hazırda ölkənin magistral yollarında standartlara uyğun nişanların quraşdırılması həyata keçirilir:

"Eyni zamanda, köhnə, istismar vaxtı bitmiş nişanlar da yeniləri ilə əvəzlənir. Köhnə nişanlar hündürlüyünə, ölçüsünə və ən əsası işıqqaytarma qabiliyyətinə görə standartlara cavab vermir. Gecə saatlarında bir çox magistral yollarda işıqlandırma olmadığından nişanların işıq qaytarıcılıq qabiliyyəti təhlükəsizlik baxımından çox böyük önəm kəsb etdiyinə görə bu amilə xüsusi diqqət ayrılır. Köhnə nişanların işıqqaytarma qabiliyyəti ya zəifləyib, ya da tamamilə itirilib. Yeni nişanlar vahid rəng və ölçü standartlarına uyğun formada istehsal olunur, bütün nəqliyyat vasitələrinin sürücülərinin rahat görə biləcək hündürlükdə quraşdırılır və qaranlıqda yüksək işıqqaytarma qabiliyyətinə malikdir.

Bütün yol nişanları standartlara gətirilir. Nümunə olaraq, ötən il ərzində eyni proses Aeroport şosesində aparılmış və çoxlu sayda həm yol nişanı, həm də istiqamət göstərən məlumatverici nişan (böyük tablolar) quraşdırılıb, köhnə nişanlar isə əvəzlənib.

Quraşdırmanı və demontajı fərqli qruplar həyata keçirdiklərinə görə bəzi yerlərdə proses ərzində müvəqqəti təkrarlanma halları müşahidə olunur".

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər