top
Amerikalıya “aerodrom”u 200 dollara tikən Vahid Xəlilov
15 noyabr 2025, 09:51
- ↺ +

Amerikalıya “aerodrom”u 200 dollara tikən Vahid Xəlilov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz şəhərində yaşayan papaqçı Vahid Xəlilov 34 ildir bu qədim sənəti yaşadır. Onun emalatxanası regionda papaqçılıqla məşğul olan yeganə ünvan sayılır. Bu sənət Vahid ustaya atasından, atasına isə babasından miras qalıb. Xəlilovlarda papaqçılıq 100 ildən artıqdır nəsildən-nəslə ötürülür.

AZƏRTAC-ın məlumatına görə, Xəlilovlar nəslinin papaqçılıqla məşğul olması ötən əsrin əvvəllərinə gedib çıxır. Vahid ustanın babası uzun illər papaq tikərək, qazancını ailəsinin dolanışığına sərf edib. Atası Qulamhüseyn isə bölgənin ən məşhur papaqçılarından olub. İkinci Dünya müharibəsindən sonrakı illərdə Xaçmazda “kolxoz bazarı” adlanan yerdə işləyib. Usta Vahid özü isə papaqçılıqla gənc yaşlarından başlayıb.


“Bu sənəti atamdan öyrənmişəm. O da öz atasından öyrənib. Babam Özbəkistandan “qaragül” dəriləri gətirib bir-birindən gözəl papaqlar tikib. Bəzən 10-15 günlük Tbilisiyə işləməyə gedib, papaqçılıqdan qazanc əldə edirdi. Atam papaqçı Qulamhüseyn isə ötən əsrin 50-ci illərindən bu sənətdə can qoyub. Ali təhsil alıb dövlət işlərində çalışsa da, təqaüdə çıxandan sonra yenidən papaqçılığa qayıdıb. Dünyasını dəyişənədək papaqçılıqla məşğul oldu. İndi mən də bu ənənəni davam etdirirəm. 1991-ci ildən bu işlə məşğulam. Əvvəllər papağa tələbat var idi. Elə olurdu ki, atam, qardaşım, qardaşımın oğlu və mən bir yerdə işləyirdik, yenə də sifarişləri çatdıra bilmirdik. İndi isə tək işləyirəm”, - deyə Vahid Xəlilov söyləyir.

58 yaşlı Vahid Xəlilov papaqçılıq sənətinin bölgədə yeganə nümayəndəsi kimi tanınır. Əvvəllər Şabranda və Qubada papaqçılar olsa da, indi bu sənətlə məşğul olan qalmayıb. Hazırda usta əsasən papaq və kepkaların təmiri ilə məşğuldur. Müştərilər ona əsasən payız-qış aylarında müraciət edir. İl ərzində cəmi 2-3 papaq sifariş olunur. Vahid Xəlilov deyir ki, papaqçılıqla maddi qazancdan çox mənəvi bağlılığa görə məşğul olur.

“Lazım olanda məni soraqlayıb tapırlar. Hazır aldıqları papaqları gətirirlər, ölçüsünü götürürəm, bəzən də köhnəlmiş dəri papaqları təmir edirəm. Əsas işim oktyabrdan fevral ayına qədər olur. İndi papağa tələbat tam azalıb, sifarişlər seyrəlib. Qış fəslində bəzən bir-iki papaq sifarişi olur. Ya dərini özləri gətirirlər, ya da özüm ləvazimatları alıb tikirəm. Amma ovaxtkı kimi papağa pul verən adamlar qalmayıb. Papaqçılıq unudulmamalıdır. Bu, bizim milli geyimimizin bir hissəsidir, qeyrət rəmzimizdir. Gələcək nəsil bundan xəbərdar olmalıdır, bu sənət təbliğ olunmasa itib gedəcək”, - deyə Vahid Xəlilov bildirib.

Ustanın iş yerində atadan-babadan qalan qəliblər və təxminən 80 illik “Zinger” tikiş maşını diqqəti cəlb edir. Alman istehsalı tikiş maşını da ona atasından qalıb. “Bu tikiş maşınını istəyən çox olub, amma satmamışam. Üstündə atamın əl izləri var. Acından ölsəm də onu satmaram”, - deyə Vahid usta əlavə edir.

Papaqçı Vahidin müştəriləri arasında bir çox dövlət məmurları, tanınmış şəxslər də olub. Amma ən bahalı papağı əcnəbilər üçün tikib: “Bir vaxt Xaçmaza amerikalılar gəlmişdi. İş yerimin qarşısında satışda olan papaqlar asmışdım. Maraqlanıb, sifariş verdilər. Onlar üçün bir dəri papaq və “aerodrom” kimi tanınan kepka tikdim. Amerikada, Bruklində yaşayırdılar. Həmin dəri papağı 200 dollara tikmişdim. Bu vaxta qədər tikdiyim ən bahalı papaq o olub”.

Papaqçılıqdan zövq aldığını vurğulan Vahid usta deyir ki, kim bu sənəti davam etdirmək istəsə, onu öyrədə bilər. Daha sonra isə “Amma indiki zamanda çətin ki, belə səbirli adam tapılsın”, - deyə əlavə edir.

Xaçmazda papaqçılığı yaşadan Vahid Xəlilovu bölgədə bu sənətin “sonuncu mohikan”ı adlandırmaq olar. Babası, atası, özü papaqçı olsa da, Vahid Xəlilovun oğlu özünə başqa peşə seçib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər