top
AMAZONİYA - Azərbaycanda qadın dövləti
19 iyul 2025, 10:04
- ↺ +

AMAZONİYA - Azərbaycanda qadın dövləti

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda qadınların adı ilə bağlı 60 mağara, 15 qız qalası var. Araşdırmalar göstərir ki, dünyanın heç bir yerində Qafqaz Albaniyasında, xüsusilə Azərbaycanda olduğu qədər Qız qalaları yoxdur. Zaqatalada yerləşən Pəri qalası, İsmayıllı rayonunun Xanəgah kəndində və Bakıda Qız qalaları və sairələrini misal göstərmək olar.

Nuh.az-ın məlumatına görə, Azərbaycanda amazon qadınların olması ilə bağlı, hətta amazon qadınlar ölkəsinin məhz burada olması ilə bağlı çoxlu elmi mülahizələr var.

Laçın rayonundakı Qırxqız dağlarına yaxın kəndlərdə amazonkaların izləri mövcud idi. Cicimli kəndində olan "Cicim ocağı" adlanan ana qəbiri, Ərdəşəvi kəndi yaxınlığında bir neçə yerdə öz şəxsi sursatı ilə dəfn olunan qadın qəbirləri bizi amazonkaların izlərinə götürür.

Britaniyanın "The Observer” nəşri yazır: "Britaniya arxeoloqları Naxçıvan tunc dövrünə aid məzarların tədqiqi zamanı qədim Yunanıstan əfsanələrində adı çəkilən amazonların mövcudluğunu təsdiq edən artefaktlara rast gəliblər”.

“Kitabi Dədə-Qorqud” dastanında Bamsı Beyrək özünə həyat yoldaşı arzulayanda atasına dediyi qızın əlamətləri tam Amazon qadını tipinə uyğun gəlir. Beyrək söyləyir ki, ”o qız elə olmalıdır ki, məndən qabaq dursun, məndən qabaq ata minsin, məndən qabaq döyüşə baş vurub baş gətirsin”.

Azərbaycanda ailə kultunun möhkəmliyini, süd anasının müqəddəs sayılmasını, məişət və təsərrüfat işlərində qadının aparıcı rolunu amazonkaların tarixi məskənlərinin bu ərazilərdə olması ilə əlaqələndirirlər.

Yunanlarda mifologiyada amazonkalar haqqında məlumat varsa, Azərbaycandan isə arxeoloji izlər və verbal tekstlərdə bu barədə məlumatlar var.

Eramızdan əvvəl I əsrdə yaşayan tarixçi Pompeius Trogus Böyük İskəndərin Atropatenaya yürüşünü anladarkən yazır: "Böyük İskəndər xəzərləri və midiyalıları yendi. Orada 300 qadınla bərabər amazon kraliçası Talestris ya da Minutiya 35 günə yad qəbilələri keçib İskəndərin görüşünə gəlir".

Nizami Gəncəvinin qəhrəmanı olan Nüşabə həqiqətən tarixdə mövcud olub və onun əsl adı Talestris olub. Amazon kraliçası olan Talestris Bərdə ərazisində bir qalanın rəhbəri və qızlardan ibarət olan ordunun sərkərdəsi idi.

Strabon "Coğrafiya” əsərində yazır: ”Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonkalar və Albanlar arasında yaşayırlar".

Strabon Metrodor Skepsiliyə və Gipsikarta əsaslanaraq bildirir ki, ”amazonkalar Qafqaz dağlarının Kervaney adlandırılan hissələrinin şimal yamaclarında qarqarların qonşuluğunda yaşayırlar”.

"Amazon” sözü qadın döyüşçü deməkdir. "A-mazos” "döşsüz” deməkdir.

Qarqarlar əvvəlcə Albaniyanın şimal sərhədlərində amazonkalarla qonşuluqda yaşayırdılar. Kişi tayfasına qənim kəsilmiş bu gözəllər - amazonkalar - yalnız qarqar igidlərinə könül verər, öz adətlərinə uyğun olaraq onlara ərə gedərdilər. Doğulan qız uşaqları isə qarqarlara çatırdı”. Qarqarlar, eyni zamanda bulqarlar və kəngərlər etnik bir kütlənin soyları olub. Hər bir qarqar ona gətirilən hər hansı körpəni görmədən, bilmədən öz oğlu sayıb, onu qəbul edir.

Eramızın II minilliyində yaşamış yunan səyyah və coğrafiyaçısı Pavsani yazır: "Amazonlar Qafqazda yaşayırdılar. Onlar Hurkani gölü (bugünkü Xəzər) sahillərindən baş alıb gəlirlər. Albaniyanın yuxarılarında amazonlar yaşayırdılar. Onlar yer şumlamaq, bağçılıq, mal-qaraya və xüsusilə atlara qulluq etmək kimi müxtəlif işlər görürdülər. Daha güclü amazonlar isə at belində ovla və ya hərbi təlimlə məşğul olurdular.”

Böyük yunan həkimmi Hipokrat yazır: "Amazonlar 3 düşmən öldürüncəyə qədər qız qalırdılar. Onların sağ məmələri olmazdı, uşaqlıqda anaları bunu dağlayırdılar ki, burada inkişaf dayansın və bütün güc sağ kürəyinə və sağ qoluna keçsin. Amazonlar əllərinə xına yaxardılar ".

E.ə. I əsrdə Roma sərkərdəsi Pompey Albaniyaya hücum edərək bu əraziləri ələ keçirmək istədikdə Azərbaycan qadınları kişilərlə bərabər ayağa qalxmış və Pompeyin qoşunlarına müqavimət göstərmişlər. İsgəndəriyyəli Appian yazır ki, romalılara qarşı kişilərlə bərabər qadınlar da vuruşurdular və döyüşdən sonra "girov götürülmüşlər və əsirlər arasında kişilərdən az yara almayan çoxlu qadın var idi”.

Qızılbaş tayfaları arasında çox sayda qadın döyüşçülərin olduğu qeyd edilir. Səfəvi dövlətinin yaranmasında rol oynayan zülqədər tayfasının arasında 30 minlik qadın döyüşçünün varlığından bəhs edilir. Bəzi tədqiqatçılar həmin döyüşçü qadınları "amazonlara” oxşadıblar. "Amazonlara” oxşadılan bu qadınlara Taclı Bəyim rəhbərlik etmişdir. Çaldıran savaşında çox sayda qadın əsgərin yer alması ancaq bu şəkildə izah edilməlidi.

Bu barədə daha çox yazmaq olar. Bu bir daha sübut edir ki, Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, namusu və qeyrəti, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunələri göstərmişlər.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər