Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.
“Opel” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı səkiyə çarpıblıb.
Qəzada 23 yaşlı Şəhriyar Məmmədov dünyasını dəyişib. Avtomobildə olan digər şəxs, 22 yaşlı Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.