Xaçmaz rayonunun Gülalan kənd sakini Ağdaş rayonundan keçən Ləki yolunda qəzaya düşüb. Bu haqda ShimalNews 29 yanvar tarixində məlumat verir.
Hadisə yanvarın 28-i qeydə alınıb. “VAZ-2104” markalı minik avtomobilinin təkəri partlayıb. 37 yaşlı sürücü Aydın İsmayılov idarəetməni itirib, nəqliyyat vasitəsi maneəyə çarpılıb və aşıb. Nəticədə 56 yaşlı sərnişin Laləzər Əzizova dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.