Şabran şəhərində fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb.
Shimal.News xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mərkəzi Bazar ərazisində fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus satış məntəqəsində plandankənar yoxlama keçiriblər.
Yoxlama zamanı obyektin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik qaydaların tələblərinə əməl olunmadığı müəyyən edilib.
Aşkarlanan nöqsanlarla bağlı inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək satış məntəqəsində xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.