Məlum hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinə gedən piyada və avtomobil yolları tamamilə bağlanıb.
İstirahət mərkəzinin nümayəndəsi bildirib ki, hazırda ərazidə heç bir fəaliyyət həyata keçirilmir və qonaq qəbulu dayandırılıb.
Onun sözlərinə görə, mərkəzin fəaliyyəti istintaqla əlaqədar müvəqqəti dayandırılıb. İstirahət mərkəzinin ilin sonunadək yenidən açılması ehtimal olunur.
"Fəaliyyətimiz hazırda tamamilə dayandırılıb. İstintaq gedir. İş aparılmır, qonaq da qəbul olunmur. Ola bilsin ki, ilin sonunda açılsın", - deyə nümayəndə bildirib.
Xatırladaq ki, sentyabrın 8-də Şəki rayonunun Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzində 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov hündürlükdən yıxılaraq vəfat edib.
Video: Xəzər Xəbər